Ev Turizm Xəbərləri Niyə AZAL müntəzəm reysləri bərpa etməyə başlamır? – CAVAB

Niyə AZAL müntəzəm reysləri bərpa etməyə başlamır? – CAVAB

Azal

Azərbaycan Hava Yolları sosial şəbəkələrdə ən çox verilən sualları cavablandırmağa davam edir.

Gezmeli.az Turizmplus.az istinadən xəbər verir ki, cavab videolarında yayımlanan növbəti vacib suallardan biri də AZAL-ın müntəzəm reysləri barədə olub. Aviaşirkətin nümayəndəsi bu suala aydınlıq gətirib:

“Azərbaycan sərhədlərinin avqustun 31-dək bağlı olması səbəbindən AZAL yalnız xüsusi beynəlxalq müqavilələr əsasında reyslər həyata keçirir. Əlavə reyslərin açılması yalnız Azərbaycanla digər ölkələr arasında razılaşmalara əsasən mümkün ola bilər və bu tək bizim aviaşirkətimizdən aslı deyil. Lakin hər hansı bir yeni məlumat olarsa biz mütləq xəbər verəcəyik”.