Norveç

Norveç hakimiyyəti cümə axşamı iki alman turistin qar uçqunu nəticəsində vəfat etdiyini bildirib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, qəza turistlərin Qərbi Şpisbergen arxipelaqındakı səyahətləri zamanı baş verib. Şimal qütbündən min kilometr aralıda arxipelaqda cəsədləri tapılan cütlüyün axtarışı üçün xilasetmə dəstəsi təşkil olunub. Xüsusi təlim keçmiş itlərdən ibarət bir helikopter cəlb olunub.

Məlumata görə, turistlər Qərbi Şpisbergenin ikinci ən böyük yaşayış məntəqəsi olan Barentsburqdan təqribən 15-20 kilometr cənubda, bir rus turoperator şirkətinin təşkil etdiyi marşrut üzrə səyahət edib. Öz növbəsində xilasedicilər, gündüz saat 15:00 radələrində iki nəfərin itkin düşməsi ilə bağlı məlumat aldıqlarını və bir neçə saatdan sonra onların cəsədlərinin tapıldığını vurğulayıb.

Qeyd etmək lazımdır ki, Qərbi Şpisbergen arxipelaqı Belçikadan iki dəfə böyük olan bir ərazini əhatə edir. Burada gəlirləri turizm, elmi tədqiqat və mədən işlərindən asılı olan 2900 nəfər yaşayır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin