Ev Turizm Xəbərləri Notre Dame De Paris’də yanğın: Hadisələr və ictimai reaksiyalar

Notre Dame De Paris’də yanğın: Hadisələr və ictimai reaksiyalar

Notre Dame De Paris

Notre-Dame de Paris’də belə yanğın kilsənin doqquz əsrlik tarixində ilk dəfədir ki,baş verir. Hər il 14 milyon adam tərəfindən ziyarət edilən bu tarixi abidə artıq tamamilə məhv olunmuşdur, lakin hələ də kilsənin bərpası üçün bir neçə illik əziyyət tələb olunur.

Notre Dame katedralındakı yanğından ilk xəbərlər axşam saatlarında təxminən saat  yeddi radələrində yayılmağa başladı. İlkin məlumatlara görə,yanğın binanın əhatəsində olan tikinti obyektinin damında baş vermişdir və qısa müddətdə ətrafı bürümüşdür. Nəticədə bir saat içərisində taxta pilləkən, qədmi saat və dam örtüyünün üçdə ikisi tamam yanaraq dağılmışdır.

Notre Dame De Paris

Rəsmi versiyaya görə,tikilinin tamamilə dağılmaması üçün xilasedicilər vertolyotlardan imtina etməyi qərara alıblar. Son məqama qədər kilsənin karkasını qorumağın mümkün olub-olmadığı aydın deyildi, lakin son məlumatlara görə,abidənin çökmə təhlükəsi artıq yoxdur. Yanğına qarşı mübarizəni ərtafdakı tikililərin hündür olması və Fransanın dar küçələri çətinləşdirirdi.

Əsas məsələlərdən biri katedralın bərpasının mümkün olub-olmadığını və nə qədər vaxt aparacağını müəyyən etməkdir. Fransız moda evlərinin sahiblərindən biri artıq kilsənin bərpası üçün 100 milyon avro ayırmağa söz verib. Ancaq YUNESKO əmindir ki, xüsusi yardım miqdarını müəyyən etmək üçün əvvəlcə ziyanın miqdarını hesablamaq lazımdır.