Ev Turizm Xəbərləri Nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat...

Nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıb

UHY

Bu günlərdə nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti olan UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıb.

UHY Avrasiya bazarında öz iştirakını gücləndirib.

Avrasiya regionunda əhatə dairəmizi genişləndirərək Azərbaycandakı yeni tamhüquqlu üzvümüz olan “M.A. Audit” MMC-ni, onun törəmə şirkəti “MA Konsaltinq” MMC ilə birlikdə, UHY qlobal mühasibatlıq şəbəkəmizdə salamlayırıq. Bu firmalar hal-hazırda UHY brendinin qəbulu mərhələsindədirlər və tezliklə “UHY AuditMMC və “UHYMMC kimi tanınacaqlar.

2009-cu ildə təsis edilmiş, beş partnyor da daxil olmaqla 19 əməkdaşdan ibarət bu heyət paytaxt Bakı şəhərində fəaliyyət göstərir. Heyət əsasən aviasiya, gündəlik tələbat malları (FMCG), neft-qaz və turizm sahələrində təmsil olunan daxili və beynəlxalq müştərilərin portfelinə audit, mühasibat uçotu, konsaltinq və vergitutma sahəsində geniş təcrübə gətirir.

İdarəedici Partnyor Teymur Nağıyev bunu belə şərh edib: “Nüfuzlu UHY brendi altında UHY şəbəkəsi ilə əməkdaşlıq firmamıza Azərbaycanda və daha geniş regionda rəqabət üstünlüyü qazandıracaqdır. Şəbəkənin qlobal arenada mövcudluğu bütün dünyada 8200 insanın malik olduğu UHY təcrübəsi və bilikləri ilə birlikdə nəinki bizim yerli və beynəlxalq səviyyədə imkanlarımızı genişləndirir, eləcə də müştərilərimizin və onların əməliyyat imkanlarını artırır. Biz UHY şəbəkəsi daxilində fəaliyyət göstərən digər firmalarla uğurlu əməkdaşlıq vasitəsilə biznesimizi yüksəklərə qaldıracağımıza ümid edirik.”

UHY direktoru Rik Devid: “Biz “UHY Audit” MMC və onun törəmə şirkətini UHY şəbəkəsində böyük məmnuniyyətlə salamlayırıq. Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan Azərbaycan hələ də iqtisadi artıma təkan verən əsas mənbələrdən biridir. Enerji sektorunda baş verən iqtisadi dəyişiklikləri qəbul etməyə davam edir. “UHY M.A. Audit” MMC-nin üzvlüyü Avrasiya regionunda iştirakımızı genişləndirir və regional bazar təcrübəsini və bu ölkədə və daha geniş regionda sərmayə və biznes iştirakı olan beynəlxalq müştərilərimizə xidmət göstərmək üçün UHY imkanlarını gücləndirir”.