Çinin ölkədə və xaricdə ən çox oxucusu olan ingilisdili “China Daily” qəzetində “Çin və Azərbaycan arasında daha böyük əməkdaşlıq üçün fürsətlər və qazanılan uğurlar” başlıqlı geniş məqalə dərc olunub.
Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallının müəllifi olduğu məqalədə iki xalq arasında tarixi İpək Yolu vasitəsi ilə yaranmış dostluq əlaqələrinin keçmişi qeyd olunub. Münasibətlərimizin hazırki vəziyyətindən və əməkdaşlıq üçün mövcud olan böyük potensialdan bəhs olunur. Qeyd edilir ki, hələ orta əsrlərdə məşhur Azərbaycan şairlərinin əsərlərində Çin xalqına və mədəniyyətinə böyük ehtiram ifadə olunub. Belə möhkəm təməl üzərində qurulub. Dostluq və əməkdaşlıq bu gün daha da zəngin və çoxşaxəli xarakter alıb.
Məqalədə Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrə verdiyi xüsusi əhəmiyyətdən danışılıb. Bu münasibətlərin bütün sahələrdə dərinləşməsində və genişləndirilməsində maraqlı olmasından söz açılıb. Bildirilib ki, hazırda əlaqələrimiz yüksək inkişaf dinamikasına malik olan dostluq və qarşılıqlı etimada əsaslanan çoxölçülü tərəfdaşlıq kimi xarakterizə olunur.
Müəllif ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrdən söz açıb. Azərbaycanın “Vahid Çin” prinsipini, Çinin də, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərinin toxunulmazlığından danışılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyi diqqətə çatdırıb.
Yazıda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal dialoqdan, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün icrasında Azərbaycanın fəal iştirakından danışılıb. Bildirilib ki, 2015-ci ilin dekabrında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanan 10 hökumətlərarası sənəddən biri “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu olub.
ÇXR Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 2019-cu ilin aprelində ikinci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın böyük nəqliyyat və infrastruktur layihələri var. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizi “Bir kəmər, bir yol“un həyata keçirilməsinə mühüm töhfə verir.
Məqalədə iki ölkə arasında ötən il ticarət dövriyyəsinin Çinin Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətinin 43 faizini təşkil ediblər. Azərbaycanı Çinin əsas regional ticarət tərəfdaşı etdiyi diqqətə çatdırılıb. Yazıda, həmçinin Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çinə ixracından danışılıb. Bu istiqamətdə Çinin müxtəlif şəhərlərində açılan Azərbaycanın ticarət və şərab evlərinin fəaliyyətindən söz açılıb.
Müəllif Azərbaycanın Çində keçirilən müxtəlif mədəniyyət festivalları və yarmarkalarda fəal iştirak etdiyini bildirib. İki ölkənin bölgələri arasında səmərəli əməkdaşlığın yaranıb. Mart ayında imzalanmış “Çinli turistlərinin Azərbaycan Respublikasına qrup səyahətinin asanlaşdırılması haqqında Anlaşma Memorandumu“nun iki ölkə arasında turizm sahəsində əlaqələrin genişlənməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb. Bundan başqa, “Bir kəmər, bir yol” təşəbbüsündən danışılıb. Çərçivəsində təhsil, səhiyyə və mədəniyyət sahələri də daxil olmaqla əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsinə zəmin yaradacağı bildirilib.