Ideal sakit, gözəl təbiətli bir məkan!
“Amerika ilə Avropa arasında, okeanın tən ortasında Portuqaliyaya məxsus Azor adaları. Nə bir əyləncə gördük, nə bir hay-haray…
İdeal sakit, gözəl təbiətli bir məkan! Delfin, balinaların miqrasiya yolu da düz bu adaların həndəvərindən keçir.
Bu arxipelaqın San-Migel adasında oldum. Cəmi 137 min əhalisi var. 1493-cü ildə Xristofor Kolumbun özü Amerikadan qayıdanbaş ayaqüstü bu adaya da dəymişdi.
Adada demək olar ki, bütün göllər sönmüş vulkan kraterlərində yaranıb. Başdan-ayağa qortenziya gülləri ilə dolu idi. Özü də rəngbərəngindən…
Çox uzaqdı deyə turistləri cəlb etmək üçün hər şey də ucuz. Qaldığımız hər bir şəraitli otelin qiyməti təqribən 120-130 AZN (səhər yeməyi daxil). Yolunuz düşsə ayaqüstü siz də dəyin.




