turizm

Yanvarın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti “FITUR” beynəlxalq turizm sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunan sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilir.

Görüşlər zamanı turizm sahəsinin inkişafına dair ikitərəfli müzakirələr aparılır.

Yanvarın 26-dək davam edəcək sərgidə turizm şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycanın turizm imkanları barəsində təqdimatlar edilir. B2B (Biznesdən-biznesə) formatlı görüşlər təşkil olunur.

Qeyd edək ki, 2019-cu ildə “FITUR” sərgisində 165 ölkədən 10 mindən çox şirkət iştirak edib və sərgi 142 mindən çox ziyarətçi qəbul edib. Bu il təşkil olunan sərgi sayca 40-cıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin