Ev Turizm Xəbərləri Ölkəmiz Tbilisidə keçirilən turizm sərgisində iştirak edir

Ölkəmiz Tbilisidə keçirilən turizm sərgisində iştirak edir

Tbilis

Tbilisidə ölkəmizin də təmsil olunduğu Beynəlxalq Turizm Sərgisi açılıb.

Sərgidə ölkəmizi “1001 Tur” turizm şirkəti təmsil edir.

Tbilis

Sərgi çərçivəsində təmsilçilərimiz Azərbaycanın regionları, turizm imkanları və potensialı barədə qonaqlara məlumat verib, onları ölkəmizə dəvət ediblər. Azərbaycan guşəsində xarici qonaqlar paxlava, şəkərbura, Şəki halvası, qaysı, çay və digər nemətlərin dadına baxıblar.

Sərgidə iştirak edən “CASPi Group” şirkəti isə qonaqları mətbəx avadanlığı ilə tanış edib. Şirkətin əməkdaşları Azərbaycan mətbəxinin ləziz təamları barədə də məlumat veriblər.

Sərgi üç gün davam edəcək.