Ev Turizm Xəbərləri Ölkəmizdə İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılır

Ölkəmizdə İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılır

turizm

Ölkəmizdə İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır. Bu məqsədlə Azərbaycan Konqreslər Bürosu ilə işgüzar tədbirlərin keçirilməsinə töhfə verə biləcək potensial tərəfdaşlar arasında görüşlər keçirilib.

Irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik olan məkanlar, hotellər, həmçinin peşəkar konfrans təşkilatçıları, aviaşirkətlər, tur operatorların nümayəndələri ilə təşkil olunan görüşlər keçirilib. Bu cür tədbirlərin keçirilməsinin qarşılıqlı faydalı əməkdaşlıqlar üçün verə biləcəyi töhfələr barəsində müzakirələr aparılıb. Görüşlər zamanı yaradılacaq təşkilatın strukturu, fəaliyyəti, gələcək planları haqqında məlumat verilib. Sənaye iştirakçılarının fikirləri dinlənilib.

Müxtəlif mövzulu beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsi turizmin şaxələndirilməsi əsas məqsədlərdəndir. İlboyu turizm imkanlarının təklif edilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə ölkəmizə səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsi istiqamətində işlər görülür.