Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyası
Sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Dünya Turizm Təşkilatının BaşAssambleyasının 23-cü sessiyası işinə başlayıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada 65 turizm naziri və nazir müavini var. 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak edir.
Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyası
Baş Assambleyanın 23-cü sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu olub. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb.
Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edir.
Qeyd edək ki, sessiya sentyabrın 13-dək davam edəcək.