PAYLAŞ
Türkiyə

Ötən il Türkiyənin muzeylərini 35 milyon 48 min 417 yerli və xarici turist ziyarət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumatda bu rəqəmin 2018-ci il ilə müqayisədə 7 milyon nəfər artdığı qeyd edilir.

Bildirilib ki, ölkədə ən çox ziyarətçi qəbul edən tarixi abidə isə İstanbulun Aya Sofiya Muzeyi olub. Buranı 2019-cu ildə 3 milyon 727 min 361 nəfər ziyarət edib.

Türkiyənin ən çox ziyarətçi qəbul edən tarixi abidələri arasında Konya şəhərində yerləşən Mevlana Muzeyi, Türkiyənin cənub-qərbində yerləşən, UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Pamukkale və Fatih Sultan Mehmet tərəfindən inşa edilmiş, 400 il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi kimi fəaliyyət göstərən Topqapı Sarayı da yer alır.