Ev Turizm Xəbərləri İordaniyada bir oteldə 300 qonaq karantinə alınıb

İordaniyada bir oteldə 300 qonaq karantinə alınıb

İordaniya

İordaniyanın paytaxtı Əmmanda otellərin birinin personalında COVID-19 aşkarlandıqdan sonra 300 qonaq karantinə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Assawsana News” portalı informasiya yayıb.

Beşulduzlu otelin qonaqları 14 gün karantində qalacaqlar. İndi onun rəhbərliyi həmin müddətdə bütün xərcləri (hər qonaq üçün gündəlik 99 dollar) öz hesabına ödəməli olacaq.

İordaniya hökumətinin pandemiyaya qarşı həyata keçirdiyi sərt tədbirlərə baxmayaraq, son bir ayda bu ölkədə COVID-19 sürətlə yayılır. Avqustun 3-dən bəri burada 2 mindən çox yoluxma və 15 ölüm faktı qeydə alınıb. İordaniya sentyabrın 8-dən beynəlxalq uçuşları və turizmi bərpa edəcəyini bəyan edib. Lakin pandemiyanın artdığı bir şəraitdə bütün bu addımlar xeyli riskli görünür. Əmmana gələcək turistlər uçuşdan 72 saat əvvəl PCR testinin nəticəsini təqdim etməlidirlər.