Ev Blog Səhifə 211

Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb – TOP-10

0
aviaşirkətlər

Sərnişinlərin hüquqlarına aid “AirHelp” onlayn servis şirkətinin analitikləri sərnişinlərin rəyinə əsasən dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqini dərc ediblər.

APA-Economics”in “AirHelp“ə istinadən verdiyi məlumata görə, reytinq çərçivəsində aviaşirkətlərin göstərdikləri xidmətlərin keyfiyyəti, o cümlədən aviareyslərin vaxtında yerinə yetirilməsi, yaranmış hər hansı problem zamanı sərnişinlərə münasibət və s. qiymətləndirilib. Təhlilin nəticələrinə görə, hər bir şirkət müəyyən bal qazanıb. Maksimal bal – 10-dur.

Sərnişinlərin rəyinə əsasən dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi:

#AviaşirkətÖlkəBal
1Qatar AirwaysQətər8,23
2American AirlinesABŞ8,07
3AeromexicoMeksika8,07
4SAS Scandinavian AirlinesDanimarka, Norveç, İsveç8,07
5QantasAvstraliya8,04
6LATAM AirlinesÇili, Braziliya8,01
7WestJetKanada7,96
8LuxairLüksemburq7,90
9Austrian AirlinesAvstriya7,90
10Emirates AirlinesBƏƏ7,80


Bakı MDB-nin ən yaxşı yay kurortları reytinqinin ilk beşliyində yer alıb – TOP-5

0
turizm

TurStat” analitika agentliyi MDB ölkələrinin ən yaxşı yay kurortlarının reytinqini hazırlayıb.

“APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, Bakı MDB ölkələrinin ən yaxşı yay kurortları siyahısının ilk beşliyində yer alıb.

Ümumiyyətlə, siyahıda yer almış ən populyar kurortlar sırasında Qazaxıstan, Qırğızıstan, Belarus, AzərbaycanErmənistanın kurortları var.

Reytinq tərtib olunan zaman vizasız rejim, yerli əhalinin rus dilini bilməsi, qonaqpərvərlik, ucuz istirahət, ləziz mətbəx və meyvələr kimi amillərə diqqət yetirilib.

“TurStat”ın məlumatı Rusiyadan sözügedən kurortlara gələnlərin sayına və kurortların infrastrukturuna əsaslanır. Rusiyalı turistlər yay kurortlarına əsasən 7-14 günlük gəlirlər və sutka ərzində MDB ölkələrinin kurortlarında təxminən 50-100 ABŞ dolları xərcləyirlər.

Reytinqin ilk beşliyində yer almış ən ucuz kurortlar İssık-Kul gölü (sutkada 50 dollar) və Burabay (sutkada 70 dollar), ən bahalı kurort isə Bakı və Abşerondur (sutkada 110 dollar).

MDB ölkələrinin ən yaxşı yay kurortları:

#KurortÖlkə
1BurabayQazaxıstan
2İssık-Kul gölüQırğızıstan
3Naroç gölüBelarus
4Abşeron, Bakı, Xəzər dəniziAzərbaycan
5Sevan gölüErmənistan


Romantik görüş üçün ən bahalı şəhərlərin reytinqi açıqlanıb – TOP-10

0
Ölkələr

Deutsche Bank” dünyanın müxtəlif şəhərlərində standart romantik görüşün dəyərini qiymətləndirərək reytinq tərtib ediblər.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, indeksə taksi, ikinəfərlik şam yeməyi, iki bokal pivə, həmçinin ikinəfərlik kinoteatr xərcləri daxildir.

Romantik görüş üçün ən bahalı şəhərlərin reytinqi:

#ŞəhərÖlkəRomantik görüşün dəyəri, ABŞ dolları
1Sürixİsveçrə202,7
2OsloNorveç163,9
3KopenhagenDanimarka157,8
4HelsinkiFinlandiya150,5
5TokioYaponiya148,3
6Nyu-YorkABŞ142,8
7AmsterdamNiderland140,8
8LondonBöyük Britaniya137,7
9San-FransiskoABŞ137,5
10Stokholmİsveç132,2


Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır

0
Yekaterinburq

Bu gündən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır.

Yekaterinburqun Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uçuşlar hər həftənin II günləri həyata keçiriləcək.

Məlumata görə, 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsi Yekaterinburqdan yerli vaxtla 17:30-da, əks istiqamətdə isə saat 12:30-da havaya qalxacaq.

“Yeni hava daşıyıcısının işə başlaması ilə Yekaterinburqdan Azərbaycana yola düşən birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq. Həftədə iki dəfə – cümə axşamı və bazar günləri – Bakıya uçuşları “Ural Airlines” həyata keçirir. Bakı Cənubi Qafqazın aparıcı iqtisadi və mədəni mərkəzidir, Xəzər dənizi sahilində yerləşən iri bir limandır”. Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətindən bildirilib.

Dövlət Turizm Agentliyi: Çimərliklər ictimai olmalıdır

0
Çimərliklər

“Dünya praktikasında çimərliklər ictimaidir və bizdə də belə olmalıdır ki, bütün insanlar çimərliklərdən istifadə etsinlər. Hansısa şirkət xidmət göstərmək istəyərsə, xidmət haqqı ala bilər”.

APA-nın xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb: “Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etməyi istəyirik. Sonra biz Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik”.

K.Quluzadə çimərliklərə girişin pulsuz olmasının tərəfdarı olduğunu deyib: “Biz hazırda vəziyyəti araşdırırıq. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələrini təqdim edəcəyik. Monitorinqin nəticələrindən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik. Qurum olaraq istəyirik ki, çimərliklər ictimai olsun”.

Ümumdünya Turizm Təşkilatı Azərbaycanda mərkəz açacaq

0
Zurab Pololikaşvili

Ümumdünya Turizm Təşkilatı (ÜTT) Azərbaycanda mərkəz açmaq niyyətindədir.

APA-nın məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili söyləyib.

O, il ərzində dünyada 10 mərkəz açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb: “Yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz açmaq niyyətindəyik”.

ÜTT baş katibi qeyd edib ki, il ərzində dünyada 10 deyil, 20-yə yaxın mərkəz açmaq istəyirlər: “Ancaq bu, tək bizdən asılı deyil, həm də dövlətlərdən, maliyyədən asılıdır“. 

Zurab Pololikaşvili nəzərə çatdırıb ki, bu ilin sentyabr ayında Sankt-Peterburqda ÜTT-nin Baş Assambleyası keçiriləcək, turizm sahəsində təhlükəsizlik və viza məsələləri diqqət mərkəzində olacaq: “Viza turistlər üçün böyük əhəmiyyət kəsb edir. Amma təhlükəsizlik səbəbindən bir çox ölkə vizaların sadələşdirilməsinə münbit şərait yarada bilmir. Biz ölkələrin Xarici İşlər nazirlikləri ilə əlaqə saxlayaraq, bu sahədə irəliləyişlərə nail olmaq istəyirik”.

Zurab Pololikaşvili qeyd edib ki, kənd turizminin inkişafı da ÜTT-nin diqqət mərkəzindədir: “Təhsil də turizm sahəsində önəmlidir. İlk Onlayn Turizm Akademiyası yaradılacaq. Bu Akademiya ilə insanlar fundamental biliklərə yiyələnəcək, ingilis və ispan dilləri tədris olunacaq. Biz tərəfdaşlar taparaq, Akademiyanın digər dillərdə, o cümlədən Azərbaycan dilində də fəaliyyətinə nail olmaq istərdik”.

Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? – ARAŞDIRMA

0
Turistlər

Azərbaycanın müxtəlif bölgələrinin zəngin və səfalı təbiətə malik olması ölkədə daxili turizmin inkişafında əhəmiyyətli rol oynayır.

Ölkədə fəaliyyət göstərən turizm təşkilatları, agentlikləri, turoperatorlar ilin müxtəlif dövrlərində bölgələrə səyahət-ekskursiya turları təşkil edirlər. Bu cür səyahətlər, həmçinin turizm yollayışları (putyovka) vasitəsilə həyata keçirilir. İnsanların turizm yollayışlarından istifadə etməsinin əsas səbəbi səyahətlə bağlı vaxt və pul itkisini minimuma endirməkdir.

Son statistik məlumatlara əsasən, 2017-ci ildə Azərbaycan daxilində səyahət etmək üçün ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bütövlükdə 12 454 ədəd turizm yollayışı satılıb.

Hesabat ilində səyahət agentlikləri və turoperatorlar tərəfindən Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 11,285 mln. manat dəyərində turizm yollayışları satılıb ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə, 2015-ci illə müqayisədə isə 14 dəfə çoxdur. 

2017-ci ildə ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılan yollayışların dəyəri 5,608 mln manat həddində olub. Bu göstərici əvvəlki ilə nisbətən 43% həddində artım nümayiş etdirib.

Yay aylarında, xüsusən tətillərlə əlaqədar olaraq, bölgələrə səyahət etmək istəyənlərin sayının və bütövlükdə turizm xidmətlərinə tələbatın artması ənənəvi olaraq müşahidə olunur.

Ölkənin müxtəlif bölgələrində yerləşən istirahət mərkəzlərinə olan yollayışların qiymətləri tədqiq edilib. Bu mərkəzlərə verilən turizm yollayışlarının dəyəri bir nəfər üçün gündəlik 25-70 manat diapazonunda dəyişir. Bu qiymətə 3 dəfəlik qidalanma da daxildir. Aşağıdakı cədvəldə daha ətraflı məlumat təqdim olunur:

Cədvəl


Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti fəaliyyət göstərir

0
Azərbaycan

İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerl ilə görüşüb.

Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi önəmini qeyd edib. 

Görüşdə bildirilib ki, ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb.40-a yaxın sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyənnamə imzalanıb. Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurası ölkələrimiz arasında əlaqələrə töhfə verir.

Bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu qarşılıqlı əlaqələrin inkişafına verilən önəmin göstəricilərindəndir.

Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78%-i Azərbaycanın payına düşür.

2018-ci ildə ölkəmizin xarici ticarətində Avropa İttifaqının payı isə 42% təşkil edib.

Ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Avstriyanın tərəfdaşlığı ilə 5 tvinninq layihəsindən 4-ü artıq icra olunub, 1 layihə üzrə işlər isə davam etdirilir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm, əczaçılıq və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Həyata keçirilən tədbirlər, biznes-forumlar, işgüzar görüşlər bu potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynayır. Bu ilin mayında Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda hər iki tərəfdən iştirak edən iş adamları qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin böyük tranzit imkanları barədə məlumat verən İqtisadiyyat naziri Şahin Mustafayev Avstriya şirkətlərini bu imkanlardan yararlanmağa, ölkəmizdə fəaliyyət göstərən sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib.

Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu vurğulayan Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerl ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. İqtisadi sahədə Avstriya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

“Buta Airways” Tbilisiyə uçuşların sayını artırır

0
“Buta Airways”

“Buta Airways” aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni verib.

Aviaşirkət yay mövsümündə – iyunun 15-dən sentyabrın 15-dək Bakı-Tbilisi-Bakı istiqaməti üzrə əlavə olaraq 5 uçuş yerinə yetirəcək.

Bakıdan Tbilisiyə həftədə, ümumilikdə, 19 reys (“Buta Airways” – 17 reys, AZAL – 2 reys) həyata keçiriləcək.

Uçuşlar “Embraer E190”, “Airbus A319”, “Airbus A320”“Boeing B757” tipli təyyarələrlə yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL-ın nəzdində fəaliyyət göstərən “Buta Airways” şirkəti 2017-ci ilin sentyabrından Bakı-Tbilisi reyslərini yerinə yetirir. Bu gündən etibarən isə şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşlara başlayıb.

​Bakı Şarm – əl – Şeyx – Bakı birbaşa reysi açılır – QİYMƏT

0
Bakı Şarm - əl - Şeyx - Bakı

Bakı Şarm – əl – Şeyx – Bakı birbaşa reysi açılır. Bunu ötən gün Misirin turizm naziri Raniyə əl Məşət bildirib.

Avireyslərin bu ilin 18 iyun tarixindən başlayacağı bildirilir.

Qeyd edək ki, adı çəkilən aviareyslərin açılması Bakı – Şarm əl Şeyx reyslərinə sərf olunan vaxtı 14 saatdan 3 saata endirəcək. Bakı Şarm – əl – Şeyx – Bakı aviareysinin minimal bilet qiymətinin 399 dollardan başlayacağı bildirilir.