Ev Blog Səhifə 235

Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir

0
Orxan Məmmədov

Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb. Mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün kiçik və orta biznesə (KOB) dəstək xidmətləri göstərməyə hazırdır.

Bu fikri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizmi ForumuQlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasındakı çıxışında bildirib.

Tədbirdə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Həmçinin KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb. Qeyd edilib ki, sağlamlıq turizmi üçün potensial olan regionlarda mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviqi, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına KOB-ların cəlb edilməsi agentliyin diqqət mərkəzindədir. Sağlamlıq turizmi sahəsində müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlığın qurulması da əhəmiyyətlidir. Bu baxımdan müvafiq sahədə dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması agentliyin fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, sağlamlıq turizm zonalarında ictimai-iaşə xidmətlərinin yaradılması və bu sahəyə investisiyaların yatırılması da sahibkarlar üçün əlverişli ola bilər.

Orxan Məmmədov sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artmasının ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Kənan Qasımov: Yaxın vaxtlarda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq

0
Kənan Qasımov

Yaxın vaxtlarda ölkəmizin sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planının qəbul olunması gözlənilir.

Bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda çıxışı zamanı deyib.

Bildirib ki, ölkəmizin sağlamlıq turizmi ilə bağlı böyük imkanları var. Bu isə Azərbaycanda sağlamlıq turizminin inkişafına və ölkəmizə bu məqsədlə daha çox turistin gəlməsinə şərait yaradır. “Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda, Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq”, – deyə K.Qasımov qeyd edib.

Ötən il xarici turistlər Dubayda 22,8 milyard dirhəm xərcləyiblər

0
turistlər

2018-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və Böyük Britaniya vətəndaşları Dubaya turizm səfərləri zamanı xərclərin həcminə görə lider olublar.

“Visa” beynəlxalq ödəniş sisteminin “Visa” kartları ilə icra edilən tranzaksiyalar haqqında hesabatlara əsasən dərc edilmiş məlumatlarında Səudiyyə Ərəbistanından olan turistlər ümumilikdə 4,8 milyard dirhəm, ABŞ-dan olan turistlər – 2,4 milyard dirhəm, Böyük Britaniyadan olan turistlər isə 2 milyard dirhəm xərcləyiblər. İl ərzində “ən bədxərc” turistlərin ilk onluğuna Çin vətəndaşları – 1,3 milyard dirhəm, rusiyalılar – 1,2 milyard dirhəm, hindistanlılar – 1,2 milyard dirhəm, küveytlilər – 1,1 milyard dirhəm xərcləməklə daxildirlər. Sonrakı yerlərdə Oman, Bəhreyn və Avstraliyadan olan turistlər qərarlaşıb.

BƏƏ-yə gələn turistlər tərəfindən “Visa” kartları üzrə tranzaksiyaların ümumi sayı əvvəlki illə müqayisədə 22 faiz artıb. Ümumi gəlirlərin həcmi 2017-ci ildəki 21,7 milyard dirhəmdən (5,94 milyard dollar) 22,8 milyard dirhəmə (6,24 milyard dollar) çatıb. Bununla yanaşı, ən çox vəsait səfərlərə – 9,2 milyard dirhəm, dəbli geyim və aksesuarlara – 3,8 milyard dirhəm xərclənib. Zinət əşyalarına – 2 milyard dirhəm, restoranlarda qidalanmaya – 1,8 milyard dirhəm, həmçinin asudə vaxt və əyləncəyə – 959 milyon dirhəm xərclənib.

Qeyd edək ki, 2018-ci ildə Dubayı 15,8 milyon nəfər ziyarət edib. Əmirliklər buraya gələnlərin sayına görə dünya şəhərləri arasında 6-cı yerdə olub.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir

0
Ceyhun Aşurov

Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir, ildən-ilə populyarlaşır. Təxminən özündə 500 milyarda yaxın dövriyyə yaradan bir sahədir. Bu sahənin əsas özəlliyi ondadır ki, bura bu məqsədlə gələn turistlərin mövsümdən asılı olmadan qalma günləri daha çox olur. Xarici valyutanın gətirilməsində, turist sayının artmasında maliyyə cəhətdən faydalı sayılır. Azərbaycanda bunun üçün kifayət qədər resursların olduğunu düşünürük və Naftalan, Qalaaltı kimi dünya səviyyəsinə çıxarılacaq unikal sularımız var.

Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Müəyyən tibbi xidmətlərimiz var ki, buna da sərmayə qoyulur. Bu yöndə Azərbaycan da dünya turizm xəritəsində öz yerini tuta, eyni zamanda, bu cəhətdən müqayisəli üstünlüklərə malik olduğu sahələrin dünyada təbliğini apara bilər. Düşünürəm ki, Azərbaycan bu yolda öz fəaliyyətini, təşəbbüslərini artırmalıdır, platformalarda öz çıxışlarını etməlidir. Azərbaycan bir çox platformalarda iştirak edir, bütün turizm tədbirlərində öz stendi ilə ölkəni tanıdır. Keçən il tarixi bir hadisə baş verdi. Belə ki, Azərbaycan 58 ölkənin dəstəyi ilə yaradılmış Beynəlxalq Sağlamlıq Turizm Şurasının sədri seçildi. Buna görə də bu gün Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçirilir. Bu, bizə imkan verəcək ki, xarici ölkələrin sağlamlıq turizmi ilə bağlı diqqətini ölkəmizə yönəldək. Bu, həm də sağlamlıq turizmi ilə bağlı imkanlarımızın xarici ölkələrin diqqətinə çatdıraq üçün gözəl fürsətdir.

Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

0
3-cü Qlobal Sağlamlıq Turizm Forumu

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb.

Tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi haqqında hazırlanmış videoçarx nümayiş olunub.

“Qlobal Sağlamlıq hamı üçün”

“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xariciyerli qonaq iştirak edir.

3-cü Qlobal Sağlamlıq Turizm Forumu

Tədbiri QSTF-nin sədri Ruslan Quliyev açaraq sağlamlıq turizminin inkişafının ölkəmiz üçün vacib sahə olduğunu qeyd edib. Bildirib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq. Bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək. Həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq. Qeyd edib ki, forum çərçivəsində Bakı deklarasiyası qəbul olunacaq ki, bu da yaxın bir neçə ildə üzv ölkələrin bütün təşkilatlarının yol xəritəsi kimi münasibətləri, fəaliyyət planını tənzimləyəcək sənəd olacaq. Həmçinin 5-ci Assambleyada quruma yeni sədr seçiləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev dövlətimizin turizm sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bunun nəticəsində Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilib.

Orxan Məmmədov

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov qeyd edib ki, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi təmsil etdiyi qurumun fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur. Onun sözlərinə görə, sağlamlıq turizmi üçün potensialı olan bölgələrdə mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviq olunması, eləcə də sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına kiçik və orta sahibkarların cəlb edilməsi agentliyin maraq dairəsinə daxildir.

Ölkəmizdə sağlamlıq turizminin inkişafı ilə bağlı böyük imkanların olduğunu vurğulayan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib ki, bununla bağlı yaxın vaxtlarda fəaliyyət planının qəbul olunması gözlənilir. Onun sözlərinə görə, bu isə ölkəmizdə sağlamlıq turizminin inkişafına və daha çox turistin gəlməsinə şərait yaradacaq. “Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda, Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq”.

3-cü Qlobal Sağlamlıq Turizm Forumu

Qlobal Sağlamlıq Turizm Forumu

Tədbirdə çıxış edən Qlobal Sağlamlıq Turizm Forumunun qurucu prezidenti Emin Çakmak söyləyib ki, Azərbaycanın çox fundamental sağlamlıq turizm sənayesi var. O, sağlamlıq turizm sənayesinin dövriyyəsinin 650 milyard dollara çatdığını bildirib. “Sağlamlıq turizminin 8 seqmenti var. Bu gün bu sahə ən sürətli inkişaf edən sahələrdən biridir. Xüsusi şüarımız da var “Qlobal sağlamlıq hamı üçün”.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Naxçıvan Muxtar Respublikası Dövlət Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

3-cü Qlobal Sağlamlıq Turizm Forumu

Sonra AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası arasında Assosiativ Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Azərbaycandakı alman irsinin turizm potensialı dəyərləndirilir

0
turizm

Aprelin 22-də Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərini ziyarət ediblər.

Göygöl Rayon İcra HakimiyyətiDövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi-irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb. Bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.

Turizm

1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni “Helenendorf“un salınmasını təntənəli şəkildə qeyd etmək məqsədilə keçirilib. Tədbirdə Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası və AvroQafqaziya (EuroKaukAsia) Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edib.

Turizm

İştirakçılar həmçinin hazırda Şəmkir rayonu ərazisində yerləşən “Annenfeld” adlanan alman məskənini ziyarət ediblər. “Şərq ulduzu” şərab zavodunda regionun şərabçılıq ənənələri ilə tanış olublar.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” müvafiq Sərəncamına əsasən Azərbaycan və alman xalqları arasındakı münasibətlər tarixində önəmli yerə malik bu hadisənin qeyd olunması üçün tapşırıqların icrası çərçivəsində təşkil olunub.

Motsartın vətəni – Vyana bələdçisi

0
Vyana

Xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsəz olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim Motsartın vətənini görüm. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.

İlk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz. Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər. Ona görə də ehtiyat igidin yaraşığıdır

Vyana

Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yolları saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləq Macarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım. Buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Ways şirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.

Vyanada nə yeyə bilərik? 

Şnitzel

Bu sualın cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən qayıtmayın. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.

Bəs harada gecəliyək ? 

A&O Wien Stadthalle

Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostellərə bxa bilərsiniz, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.

Vyananın gəzməli-görməli yerləri

Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.

Schönbrunn Palace

Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edirSarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.

Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya Museums Quartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınız.

Rathaus

Rathaus

Parlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathaus çıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu görülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.

Friedensreich Hundertwasserin

Friedensreich Hundertwasserin

Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.


Mariahilfer Strasse

Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq  Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.

Mariahilfer Strasse

Motsartın vətəni Vyana haqqında bu qədər.





Санаторий «Целебный Ключ» г. Ессентуки

0
Санаторий «Целебный Ключ» г. Ессентуки

1450 AZN- 2 nəfər üçün.
Qiymətə daxildir:
Sanatoriyada qalmaq 10 gün
3 dəfə qidalanma
Müayinə və müalicə
___________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp + Zəng)
?+994 55 664 60 30 (WhatsApp + Zəng)
?+994 70 664 60 30
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

22 APREL – BEYNƏLXALQ ANA-YER KÜRƏSİ GÜNÜ

0
Beynəlxalq Ana-Yer kürəsi günü

Bu gün, aprelin 22-si böyük bir bayram, BMT-in himayəsi ilə bizim hamımızın doğma evi – Beynəlxalq Ana-Yer kürəsi günü (International Mother Earth Day) qeyd edilir. Bu bayram 22 aprel 2009-cu ildə BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmişdir. 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. Baş Assambleyasının 63-cü sessiyasının sədri Migel d’Eskoto Brokman bildirmişdir ki, bu Beynəlxalq günün qətnamədə yer alması Yerin və onun ekosisteminin bizim evimiz olmasının, insanlığa həyat verməsinin təzahürüdür. Qətnamədə həmçinin bildirilir ki, “Ana-Yer” termini bir çox ölkələrdə qəbul olmuşdur. Insan, yer planeti və onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. BMT-in bütün üzv ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına “Beynəlxalq Ana-Yer kürəsi Günü”-nü qeyd etməyi tövsiyə edən Baş Assambleya, bu bayramın artıq hər il bir çox ölkələrdə qeyd olunduğunu diqqətə çatdırır. Şimal yarımkürədə Yer Kürəsi günü yazda, Cənub yarımkürədə isə payızsa qeyd olunur. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın Yerin problemlərinə, onun ətraf mühitinin problemlərinə diqqəti cəlb etməkdir.

Beynəlxalq Ana-Yer kürəsi günü

Bizim Yer Kürəmiz necədir? Hesablamalara görə, Yer Kürəsinin 4.5 milyard il yaşı vardır. Bu gün hər kəs öz həyətinin, küçəsinin yaşıllaşdırılmasında, abadlaşdırılmasında iştirak edə bilər. 22 Aprel Ana-Yer kürəsi Günü, yaz bərabərliyi günündə qeyd olunan Yer Günü kimi, planetin bütün yaşayış məskənlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir. Hər il dünya ölkələrinin alimləri bu gündə dəyirmi masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırlar. Müxtəlif ölkələrdə fərqli- fərqli aksiya və tədbirlər keçirilir. Bunlar konfranslar, sərgilər, şəhərin ən işlək küçələrində avtomobil hərəkətinin dayandırılması, ərazilərin təmizlənməsi və ağacların əkilməsidir.

Gəlin biz də Dünyamızı, Yer Kürəmizi, öz yurdumuzu-yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək!

Almaniya səyahət bələdçisi

0
Almaniya


Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.

Westfalen park

Westfalen park

Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalen parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur.  Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.

Florian

Florianturm

Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.

Dortmund Borusiyası

Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Parkstadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.


Dortmund Borusiya stadionu

Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.

Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm. Çox yazmaq istəmirəm şəkillərə baxıb özünüz qərar verin.

Köln


Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8-də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8-də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan qatarla Kölnə.

Köln

Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reynçayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Domadlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin  Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə Reyn çayına möhtəşəm mənzərə açılır.

Crane Houses

Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər)kompleksini yaxından gördüm.

Crane Houses

Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər  ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər .

Great St. Martin

Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.

Great St. Martin

Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.


Düseldorf

Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər.

Düseldorf

Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar  Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.

Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa ora yollandım.

Kiefernstrasse icması

Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.

Kiefernstrasse

Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatz adlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.

Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır .

Bununla da, daha bir yazımızın sonuna gəldik.