ABŞ-ın Texas ştatında nəhəng çəkmə formasında “Cowboy Boot House” adlanan maraqlı bir evcik tikilib.
çəkmə ev
Gezmeli.az AZƏRTAC-a istinadla bildirir ki, çox rahat və geniş evin sahəsi 216 kvadratmetr təşkil edir. Evin içərisində 2 yataq otağı, vanna otağı və mətbəx yerləşir. Evdəki spiralvari pilləkən vasitəsilə yataq otaqlarından birinə qalxmaq mümkündür.
çəkmə ev
Bu qeyri-adi ev ayda 1200 dollara arendaya verilir.
Əziz və dəyərli oxucularımız, “Go Travel” turizm şirkəti sizlər üçün hələdə erkən rezervasiyalar təqdim edir. Özüdə ki 50%endirimli.
TEKİROVAYA BAKIDAN BİRBAŞA 50 FAİZ ENDİRİMLİ OLAN TURLARIN ERKƏN REZERVASİYASI DAVAM EDİR.
? İlkin ödəniş 30 faiz ödəməklə qalan hissəni KREDİT ilə ödəmək şansındanda yararlana bilərsiniz.
Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
____________________________
MAY, İYUN, İYUL, AVQUST, SENTYABR ayına olan TEKİROVA turlarının hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik:
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz.
✅ – Qeyd olunan turların qiymətləri may ayınadır, sizin seçdiyiniz günə görə də dəyişə bilər. Yuxarıda qeyd olunan qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün başlayan qiymətlərlə qeyd olunub. ❓ – Qiymət öyrənmək istəyirsiz? ❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
⬇ – Aşağıdakı linkə tıklayaraq söhbətə başlaya bilərsiniz.
https://api.whatsapp.com/send?phone=994506646030
____________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? http://gotravel.az
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)
Gəlin qısa film ilə Tekirovanı tanıyaq..Xoş izləmələr ☺️
Trans-Xəzər ticarət dəhlizinin genişləndirilməsi üçün potensial mövcuddur. Ötən il Azərbaycan vasitəsilə 10,4 mln. ton yük daşınıb ki, bu da 2016-cı illə müqayisədə 16% çoxdur. Ağır yük avtomobilləri ilə yük daşımaları isə 14% artıb.
Bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Çin
O deyib ki, Çin Xalq Respublikasına səfərin dörd əsas məqsədi var idi:
“Bunlar Trans-Xəzər ticarət dəhlizi, Azərbaycanın turizm və ixrac potensialının artırılması, Çinlə əməkdaşlığın gücləndirilməsidir. Trans-Xəzər layihəsi Çinin reallaşdırmaq istədiyi “Bir kəmər, bir yol” layihəsinə tam uyğundur. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 43% artaraq 1,2 mlrd. dollara çatıb”.
O, Çinlə Azərbaycan arasında turizm əlaqələrindən danışıb. Nazir deyib ki, Azərbaycana qrup şəklində turistlərin cəlbi ilə bağlı razılıq əldə olunub:
Çin
“Tezliklə bununla bağlı memorandum imzalanacaq. Hər il Çindən dünyanın müxtəlif yerlərinə 120 milyon nəfər turist gedir:
“İnanırıq ki, bu memorandumdan sonra Azərbaycana Çindən gələn turistlərin sayı artacaq”.
Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə təşkil olunur. Reys həftənin bazar ertəsi və cümə axşamı günləri, saat 11:00-da yola düşür və təxminən 39 saata Kiyevə çatır.
Kiyev
Bakıdan Kiyevə , Kiyevdən Bakıya ilk reys yola düşəcək. Gediş haqqı 100 manat məbləğindədir.
Qiymətlər
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə – red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətə bilet əldə edə bilərlər.
Kiyev
Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.
Bakı
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək.
Taylandı 35 milyon turist ziyarət edib. Beləliklə Tailand tarixi rekordu yeniləmiş oldu.
Tayland
Turistlərin 1/3 hissəsini Çin vətəndaşları təşkil edib.
Tayland
Bildirilir ki, bu vəziyyət iqtisadi baxımdan ölkə üçün sərfəldir. Çünki ÜDM-də turizmin sayı 9 faizi ötür, turizm sahəsi isə 6 milyona yaxın taylını işlə təmin edir.
Gəzməli.az dağçılıqla bağlı hazırlanmış 10 sənədli filmi izləyicilərinə təqdim edir. Qeyd edək ki, siyahını “Gənc Dağçılar Klubu” hazırlayıb.
TOUCHING THE VOID (2013)
https://youtu.be/jtnqVZEktyg
“Touching The Void” filmi dağçılıq filmləri arasında izləməli olduğunuz klassik filmlərdən biridir. Joe Simpsan və Simon Yates 1985-ci ildə Peru And Dağlarında yerləşən və hündürlüyü 6.344 m olan Siula Grande zirvəsinə uğurlu, ancaq ölümə yaxın bir ekispedisiya edirlər. Həqiqətən baxmağa dəyər, möcüzəvi bir hekayədir.
MERU (2015)
https://youtu.be/YvS6O9lVkkg
Hindistanın şimalında yerləşən Meru dağı dünyanın ən çətin dırmanılan dağlarından hesab edilir. Heç kim bu zərvəyə çıxa bilməmişdi – hansı ki əfsanəvi dağçılar Conrad Anker , Jimmy Chin və Renan Ozturk bu zirvəyə çixmağa ehtiyac olduqlarını bilirdilər. Bu sənədli dağçılıq filmi Shark’s Fin-ə (Köpəkbalığı Üzgəci) dırmanma çəhdlərinin epik izahıdır. Bu sonuna qədər izləməli olduğunuz güclü hekayəsi olan gözəl hazırlanmış bir filmdir .
THE SUMMIT (2012)
https://youtu.be/kV6iZRvilwc
K2 dağına tez-tez “Vəhşi Dağ” da deyirlər. Qonşu dağ olan Everest dağından daha təhlükəli və çətin dağdır. Statistikalara görə K2 dağı 3 nəfər dağçıdan birinin ölə biləçəyi dağdır. The Summit filmi 2008-ci ildə 22 dağçının K2 zirvəsini təşkil etdiyi yürüşü yenidən canladırır ki, bu yürüşdə yalnız 11 nəfər dağçı sağ qalır. O dövür, müasir dağçılıq tarixində ən ölümçül gün adlandırlır. Bu film baş veren hadisə haqqında müxtəlif dağçılardan toplanan məlumatları birləşdirir – bu olümcül gündə həqiqətən nə baş verdiyini təsvir edir.
NORHT FACE (2008)
https://youtu.be/MM3e4i2KBD0
North Face real hadisəyə əsaslanaraq 1936-cı ildə Alp dağlarında ən çətin dırma qayalarından olan Eiger-ə şimal yamaca qalxmaq üçün raqabət aparan dağçılar haqqında olan bir Alman filmidir. Ekranlar üçün hazırlanmış olsa da, real hadisəyə əsaslanır və izləyicini sona qədər ekran arxasında saxlaya bilir.
BEYOND THE EDGE (2013)
https://youtu.be/Md-EHh2mf_w
Hər kəs ilk dəfə 1953-cü ildə Everest zirvəsinə Edmund Hilarinin və Tenzing Norgayın çıxdıqları epik hekayəsini eşitdi – ancaq Yeni Zenlandiyada sənədli film rejissorları arxivləşdirlmiş görüntülərdən istifadə edərək hekayəni birləşdirdilər və 1953-cü ildə yaşanan hadisələri ekranda yenidən canlandırdilar
BLINDSIGHT (2006)
https://youtu.be/8x99wzt-pQM
Blindsight, Everest dağının şimal tərəfində olan Lhakpa Ri’yə dırmanan Tibetli gənclərin inanılmaz hekayəsidir. Yəni bu gənçlərin inanılmaz özəllikləri görmə əngəlli olub hər birinin uğurla zirvəyə dırmanmalarıdır və bu əngəl onların hədəflərinə mane olmamaqdadır. Görmə əngəlli olan və dünyanın bütün qitələrində ən hündür zirvələrə çıxmağı baçaran dağçı Erik Weihenmayer bu gənçlərə kömək edərək 7000m-lik zirvəyə çıxmağa nail olurlar.
THE WILDEST DREAM (2010)
https://youtu.be/zgXlnLQHZLA
Biritaniyalı dağçı George Mallory partneri Andrew Irvine ile birlikdə 1924-ci ildə Everest dağında itkin düşdülər. Bu müasir dağçılıq sənədli filmi 75 il sonra 1999-cu ildə Mallory-nin itkin düşməsini araşdıran Conrad Anker (eyni ilə MERU dağına dırmanan dağçı) hekayesinden behs edir. Mallory-nin bioqrafiyası haqqında məktublar, arxivləşdirilmiş görüntülər və fotolardan istifadə edərək məlumat verir. Bir nəfəsə izləyəcəyiniz, hətta izlədik də belə üşüyəcəyiniz bir filmdir.
THE BECKONING SILENCE (2007)
https://youtu.be/NHG3ACGm7-Q
And dağlarında təxminən ölümə bərabər olan yürüşündən (yuxarda Touching The Void filminə baxa bilərsiz) sonra Joe Simpsonun bir daha heç vaxt dağlara dırmana bilməyəcəyi deyildi. Bu travma ilə üz-üzə qalan Simpson dağçılıqda baş verən ən epik hadisələrdən birini Toni Kurzun Eigerin şimal yamacına dırmanma missiyasını araşdırmağa qərar verdi. 1936-ci ildə Eigerin şimal yamacına olan yürüş haqqında North Face (yuxarda bu film haqqında qeyd edilib) filmindən sonra bu hadisəyə Simpson sənədli filmdə çəkilərək açıqlama gətirir.
180 DEGREES SOUTH (2010)
https://youtu.be/cWBz_pxYC0A
1968-ci ildə iki macerapərəst Yvon Chouinard (Patagonia geyim brendinin yaradıcısı) və Doug Tompkins (The North Face geyim brendinin yaradıcısı) uzun bir yolçuluğa çıxma qərarına gəlirlər. Missiyaları isə Corcovadoya dırmanmaq olur. Bir sörfçü və bir dağçı birləşəndə ortaya gözəl bir hekayə çıxır. Cənubi Amerikada yaşanmış olan bu hekayə maçeraçı Jeff Johnson tərəfindən yenidən canlandırılır və sənədli film hazırlanır.
COLD (2011)
https://youtu.be/SE92ce4at28
Demek olar ki son 26 il ərzində dağçılar Pakistan ərazisində olan 8.000m-lik bir dağa çıxmağa cəhd edirlər ancaq uğursuz nəticə olur. 2011-ci il Fevral ayında Simone Moro, Denis Urubko və Cory Richards bir ilkə imza atdılar. Cory Richards qışda 8.000m-lik zirvəyə çıxan ilk Amerikalı olur. Richards özü ilə kiçik kamera daşıyırdı və çətinliklədə olsa yürüş zamanı baş verənləri davamlı olaraq qeydə alırdı. Bu sənədli film onların ölümünə səbəb ola biləcək kış yürüşündən bəhs edir.
Danimarka Krallığı Şimali Avropadadır. Ölkə qərbdən Şimal, şərqdən Baltik dənizi, cənubdan isə Almaniya ilə sərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxtı Kopenhagendir. Bu şəhər Zellandiya və Amağer adalarında yerləşir. Bunlar ümumi məlumatlardır.
BƏS, DANİMARKA HAQQINDA MARAQLI, AMMA BİLMƏDİYİMİZ NƏLƏR VAR?
Danimarka
1.Danimarkada istənilən un məmulatı mağazasında olduqca dadlı şirniyyatlar olur.
2. Yerli əhali arasında şirniyyata olan yüksək meylin olmasına baxmayaraq, burada demək olar ki, artıq çəkidən əziyyət çəkən yoxdur.
3. Danimarkalıların əksəriyyəti səhər saat 08:00-dan günorta saat 16:00-a kimi çalışır.
4. Danimarkada yerləşən mağazaların əksəriyyəti saat 17:00-18:00 radələrində bağlanır. Bu vəziyyətin yaranmasına səbəb vergilərdir. Belə ki, mağaza nə qədər çox işləyərsə, o qədər çox vergi ödəyir.
5. Buradakı orta muzdlu işçidən alınan gəlir vergisi 43 faizdir. Bu rəqəm gəlirin səviyyəsindən asılı olaraq dəyişə bilər.
6. Danimarkada işçini işdən çıxarmazdan 2 ay öncə xəbərdarlıq edirlər.
7. Danimarkada hər rəhbər öz işçilərinin qidasına görə cavabdehdir. Səhər, günorta və nahar yeməklərini şirkət ödəyir.
8. Hər bir şirkətin özünün yeməkxanası və aşbazı olur.
9. Ən geniş yayılmış nəqliyyat növü velosipeddir. Bu, təbiət və ekologiyaya olan sevgi ilə bağı deyil. Sadəcə, İkinci Dünya Müharibəsindən sonra ölkədə benzin defisiti yaranıb və vəziyyətdən ən yaxşı çıxış yolu velosipeddən istifadə etmək olub.
10. Əhali arasında velosiped yarışları geniş populyarlığa malikdir.
11. Danimarkalılar üçün şəxsi avtomobilin olması əlçatmaz arzu kimidir. Çünki avtomobil mülkiyyətinə görə alınan vergilər bəzən avtomobilin qiymətindən yüksək olur.
12. Buradakı avtobuslar sağ tərəfə əyilmək xüsusiyyətinə malikdirlər. Bu üstünlük əsasən əlil arabalarından istifadə edən insanların rahatlığı üçün yaradılıb.
13. İctimai nəqliyyatda Wi-Fi var.
14. Danimarkalı qadınlar digər Avropa qadınları ilə müqayisədə şarmı və gözəlliyi ilə seçilmirlər.
15. Danimarkalı kişi üçün atalıq borcunu yerinə yetirmək hər şeydən üstündür. Buna görə də daniyalı kişilər körpə uşaqlara qulluq və qayğı göstərməkdən çəkinmirlər.
16. Uşaq və ev qayğılarına münasibətdə daniyalı kişilər qürur və ironiya ilə yanaşırlar.
17. Danimarkalı uşaqlar olduqca sakit naturaya malikdirlər – heç vaxt qışqırmır, ağlamırlar.
18. Danimarkadakı binaların əksəriyyəti 6 mərtəbəlidir və buradakı daşınmaz əmlak olduqca bahalı olması ilə yanaşı, həm də yüksək keyfiyyəti ilə seçilir.
19. Danimarkalıların doğma dili olduqca mürəkkəb və qarışıqdır.
20. Danimarkalılar uzaqgörən və tədbirlidirlər.
21. Danimarkalılar amerikanlardan çəkinir və hətta onlara bəzən nifrətlə yanaşırlar.
İndiyədək Eyfel qülləsini 300 milyondan çox insan ziyarət edib
Fransanın paytaxtı Paris şəhərinin ən məşhur tarixi abidəsi olan Eyfel qülləsi turistik məkan kimi uzun illərdir dünya əhalisinin diqqətini çəkməyə davam edir. Turistik məkana xidmət edən SETE kompaniyası maraqlı statistika açıqlayıb.
Paris, Fransa
1889-cu ildən indiyədək Eyfel qülləsini 300 milyondan çox insan ziyarət edib.
Paris, Fransa
Eyfel Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də, bütün dünyada Fransanın simvoluna çevrilib.
“Eyfel” adı qülləyə onu inşa edən memarın – Qustav Eyfelin (fr. Gustave Eiffel) adından verilib. Memar özü isə qülləni “300 metrlik qüllə” adlandırıb. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir.
Bu nəhəng dünyada “Balaca Fransa” adlı sehrli məkanın var olduğundan xəbərdarsınızmı? Şəxsən mən xəbərsizdim. Ta ki, Strazburqda yaşayıb, bu gözəlliyi gözümlə görənədək.
Strazburq,Fransa
Deyim var ki, sevdiyinin yaşadığı şəhər sənin üçün bütöv bir asimandır. Həqiqətən belədir. Başını çiyninə, gözünü üzünə, əlini qəlbinə dayayacağın biri varsa, elə qürbət də vətəndir. Hələ onunla yeni yollar kəşf edib, küçələrdə gəzişmək, yad binalara, evlərə, hətta insanlara doğma gözlə baxmağı bacarmaq ən böyük xəzinədir. Eyni gözəlliyi sən sözünlə, o gözü ilə ifadə edir. Beləcə səmanda rənglər uçuşur.
SÜKUTU İLƏ QULAĞI KAR EDƏN ŞƏHƏR
Fransada payız
“Balaca Fransa” haqda nağılımı mənim dilimdən, onun obyektivindən dinləyin.
Fikrimcə, yaşadığın şəhər nə qədər böyükdürsə, özünü bir o qədər tənha hiss edirsən. Strazburq gəlmələr üçün bu baxımdan əlverişlidir. Xudmani, sakit (lakin bəzən sükutu ilə qulağı kar edən), böyük nisbətlə təmizdir. Onun ən gözəl övladı “La Petite France” (Balaca Fransa) məhəlləsidir. Şəhərin ən gözoxşayan, təkrarsız, balaca elzas evlərilə bəzənmiş bu rayonuna hər il on minlərlə turist gəlir. Əbəs yerə “Balaca Fransa 1988-ci ildə YUNESKO-nun Beynəlxalq irsi siyahısına aid ediməyib.
BURA NECƏ YARANIB?
Fransa
XVI əsrdən etibarən bu şirin evlərdə balıqçılar, dəyirmançılar və dəriçiliklə məşğul olan fəhlələr yaşayıblar. İll çayının kənarında tikilmiş bu binalarda yaşayan, xüsusən də dəriçiliklə məşğul olan zəhmətkeş ailələrin evlərindən xoşagəlməz qoxu gələrmiş. Odur ki, binaların səthində qara taxtada karkas olar və dərilər onun üzərinə sərilib, qurudularmış.Evin temperaturunu sabit saxlamaq, dərini keyfiyyətini qorumaq məqsədilə böyük pəncərəli çardaqlar tikilərmiş.
Məhsulun tullantıları isə kanallara tökülərmiş. Dəri, balıq, eləcə də digər məhsul və ərzaq almaq istəyənlərsə qayıqla binaya yaxınlaşar, heç düşmədən qapını döyüb, bazarlıq edərmişlər. Məsələnin əslinə agah olduqca, anlayırsan ki, bu gün rayona xüsusi kolorit qatan bu binalar əslində gözəllik məqsədilə tikilməyib. İnsanların güzəranını özündə əks etdirir.
ÇEŞİDBƏÇEŞİD FRANSIZ PENDİRLƏRİNİN, ŞƏRABLARIN, BAL VƏ DİGƏR ƏRZAQLARIN SATILDIĞI MƏKAN
“La Petite France”
“La Petite France” – qulağa da, dilə də necə xoş gəlir, elə deyil? Lakin sizi məyus edəcəyəm. Bu adın tarixi heç də romantik deyil. Mənbələrə görə, bu ərazidə bir zamanlar fransız xəstəliyi kimi tanınan sifilisdən əziyyət çəkən xəstələrin müalicə aldığı xəstəxana yerləşib (sifilis – cinsi yolla ötürülüb, daxili orqanları, sümükləri, hətta sinir sistemini zədələyən bakterial xəstəlikdir). Sifilisin Avropaya ayaq açması haqda ən çox yayılan rəvayətdə Kolumbun adı keçir. Belə ki, tarixi fərziyyələrə görə, Kolumbun gəmisinin matrosları sifilisi “Yeni Dünya” olan Amerikadan Avropaya gətirib, yayıblar. Onları da sifilisə Haiti aborigenləri yoluxdurub. Əsas odur ki, həmin xəstəxana artıq bir neçə əsrdir ki, fəaliyyət göstərmir. Onun əvəzinə, Balaca Fransada qonaqlarına milli mətbəxin dadlı nümunələrini təqdim edən “bahalı” restoran və kafelər, eləcə də əraziyə xas suvenirlərin, çeşidbəçeşid fransız pendirlərinin, şərabların, bal və digər ərzaqların satıldığı mağazalar var.
BALACA KÖRPÜLƏR, DAR KÜÇƏLƏR, RƏNGBƏRƏNG BİNALAR
“La Petite France”
Taxta pilləkanlara toxunanda isə məkanın qədim tarixini duya bilərsiniz. Binaların pəncərələri daim al-əlvan çiçəklərlə bəzədilir. Bu da onlara xüsusi hərarət qatır.
Bura balacaların da sevimli məkanıdır. Balaca körpülər, dar küçələr, rəngbərəng binalar sanki Qrimm qardaşlarının nağıllarından gəlib. Çayda üzən ördəkləri, qu quşlarını yemləmək isə uşaqdan böyüyə hər kəsin sevimli məşğuliyyətidir.
“La Petite France” hətta ən etinasız turisti belə sehrinə salıb, özünə heyran qoyur. Ölkə içində ölkəyə, şəhər içində şəhərə salır. Su nəqliyyatı ilə şəhəri gəzəndə isə tikililər insanın gözünə daha əsrarəngiz görünür. Maraqlısı isə odur ki, bu nağıl evlərdə hələ də yaşayanlar var.
FRANSANIN VENESİYASI
Fransanın Venesiyasısı
Balaca Fransanı Venesiyaya bənzədənlər də olur. Zənnimcə, bu əsrarəngiz məkanı gəzmək üçün ideal zaman sübh çağı bütün şəhərin yatdığı, sadəcə bəzi sakinlərin ev heyvanlarını gəzintiyə çıxartdığı vaxtdır. Çünki turistlərin səs-küyündən, işə tələsənlərin təlaşından uzaq məkanla təkbətək qalıb, hətta bir velosiped kirayələyib, onu daha yaxından tanımaq şansı qazanırsınız.
Görürsünüz, böyük Fransanı sevmək üçün sizə daha bir səbəb – “Balaca Fransa”…
Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi “An-148” fevralın 11-də Domodedovo hava limanından uçduqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.
Qəza, Rusiya təyyarəsi
Təyyarədə 6 heyət üzvü, 65 sərnişin daxil 71 nəfər olub. Sağ qalanlar yoxdur.Moskvadan Orska uçan təyyarənin Romanesk rayonuna düşdüyü bildirilir:
“Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir”.
Lenta.ru 50 nəfərin qalıqlarının tapıldığını qeyd edir. Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı komissiya yaradılması haqda göstəriş verib.
Təyyarənin 1994-cü ilin mayında istifadəyə verildiyi bildirilir.