Pasportsuz səyahət
Avstraliya pasportdan imtina edir. Türkiyə mətbuatı yazır ki, 2020-ci ildən sonra ora gedənlər özlərilə pasport aparmağa məcbur olmayacaq. Pasportların yerini müasir texnologiyalar alacaq.
Ölkə rəsmilərinin sözlərinə görə, yaxın bir neçə ildə standart ID kartlarını, üz, göz və ya barmaq izlərini tanıyan biometrik texnologiyalar hazırlanacaq.
Hər şey plana uyğun olarsa, başqa ölkələrdən Avstraliyaya gələn şəxslər normal ölkə vətəndaşları kimi hava limanında dayanmadan hərəkət edə biləcəklər. Ölkəyə giriş nöqtələrinin 90 faizi elektronik stansiyalarla təmin ediləcək.
Pilot layihə bu ilin iyulunda Kanberra aeroportunda fəaliyyətə başlayıb.
Bundan əlavə, əziz oxucularımız, sizlərə Azərbaycanda necə pasport əldə etmək haqqında da qeyd edim ki, ümumvətəndaş pasportunun verilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Əgər siz Azərbaycan ərazisindən kənarda yaşayırsınızsa, bu zaman Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) Səfirlik və ya konsulluğuna müraciət edə bilərsiniz. Həmin diplomatik nümayəndəliklər sizə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasportunun alınmasına yardımçı ola bilərlər.
Bəzi hallarda Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən imtina edilməsi mümkündür. Belə ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əgər vətəndaşın ölkədən (Azərbaycan Respublikasından) getmək və gəlmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılarsa, (bu hallar qanunvericilikdə dəqiq təsbit edilmişdir.) vətəndaşa pasportun verilməsindən imtina edilir: