PAYLAŞ

HƏM UCUZ, HƏM DƏ MARAQLI PAYIZ TƏTİLİ…

Adətən səyahət üçün yaz və yay aylarını seçirik. Əslində isə hər fəslin öz gözəlliyi olduğu kimi hər şəhərin də öz fəsli var 🙂 Elə ölkə və şəhərlər var ki, ora məhz payızda, qışda getsən əylənə, ləzzət ala bilərsən. Səyahətçilərin sevimli saytı Gezmeli.az qış yetişməmiş səyahətə çıxmaq istəyənlər üçün payızda gediləcək şəhərlərdən yazıb.

1.TƏL-ƏVİV, İSRAİL

İsrail
İsrail

Yayda günəşdən tündləşmiş dərinlə vidalaşmağa hazır deyilsənsə, İsrailin paytaxtı Təl-Əviv sənin üçün ideal yerdir. Orda hələ yay davam edir. Günəş, isti qum, dəniz, axşam gəzintiləri, müxtəlif menyularla xidmətinizdə olan restoranlar və s. – sadəcə gedib görmək lazımdır. Dünyanın ən yaxşı 10 plyaj şəhərindən biri olan Təl-Əviv plyajlarında turistlərin azaldığı dövrdür payız. Həm istirahət, həm də sakitlik istəyirsənsə Təl-Əvivi seçə bilərsən.

2. SEVİLYA, İSPANİYA

İspaniya
İspaniya

Daha az günəşlə qane ola bilərsənsə İspaniyanın Sevilya şəhərini seçə bilərsən. İstiliyin təxminən 40 dərəcə olduğu bu şəhərə İspaniyanın “qızartma tavası” da deyirlər. Çox isti yerdir. Ancaq səyahətini payız aylarına planlaşdırsan, şəhərin ən gözəl vaxtını görərsən.

Küçələri portağal çiçəyi qoxan bu şəhərin kölgəli, açıq sahəsi olan restoranlarının qarşısı pivə içən yerli əhali və turistlərlə dolu olur.

Şəhərin çox olmayan tarixi məkanları və düz coğrafiyası var. Beləcə, ürəyin istədiyi qədər piyada gəzə bilərsən.

3. KANADA, ONTARİO

Kanada
Kanada

Payızın rənglərini görmək istəyirsənsə Kanadanın Ontario şəhərinə get. Buradakı “Algonquin Əyalət Park”ı məşhurdur. 7.725 kilometrlik ərazini əhatə edən, sıx meşə və çaylarla əhatələnmiş bu parkda əsl payız abu-havası olur. Payızdan qaçmaq əvəzinə, onu qucaqlamaq istəyirsənsə Ontarionu seçə bilərsən.

4. LİSSABON, PORTUQALİYA

Portuqaliya
Portuqaliya

Ucuz və sərfəli səyahət üçün Portuqaliyanın paytaxtı Lissabonu da seçmək olar.
Çünki hamının getdiyi vaxtlarda deyil, payız aylarında səyahət etmənin ən böyük avantajıdır ucuz qiymətlər. Çay kənarında olan bu şəhərdə 1000 illik tarixi və gözəl memarlıq abidələrini görə bilərsən. Günəş hələ də parıldayır, hava sərin, restoran və otellərdə ucuzluq. Bir sözlə, payızda həm ucuz həm də sərfəli səyahət axtarırsansa Lissabona gedə bilərsən.