Dünyanın hər bir tərəfindəki pilotlar səmada gördükləri ən qeyri-adi və maraqlı hadisələri bölüşüblər. Ən çox qeyd edilmiş 10 cavab isə bunlardır:
1.UNO (Uçan naməlum obyekt)
Bu günə qədər pilotlar dəfələrlə səmada uçan naməlum obyektlər gördüklərini iddia ediblər. Bir çox hallarda, bu obyektlərin hərbi yoxlama məqsədli obyektlər, mistifikasiyalar, kamera xətaları və hətta Venera planeti olduğu nəticəsinə gəlinib.
2.Təyyarəyə şimşəyin çarpması
Pilotların tez-tez rastlaşdığı, lakin yenə də təəccübləndikləri hadisələrdən biri də təyyarələr şimşəyin çaxmasıdır. Xoşbəxtlikdən, təyyarələrin çoxu aliminumdan hazırlanır və bu dizayn şimşəyin təyyərənin daxilinə zərər gəlməyəcəyinə təminat verir.
3. Qasırğa zonalarının içindən və üstündən uçmaq
Yəqin ki, bir çox insan turbulentlik ifadəsi ilə tanışdır. Bu hala təyyarələr yuxarı qalxarkən və enərkən daha çox rast gəlinir. Ümumi uçuş sırasında kommersiya məqsədli təyyarələrdə turbulentlik çox görülmür. Səbəb isə bu təyyarələrin qasırğa zonalarından yüksəkdə uçmasıdır.
4. Yüksəkliklərdə uçan şarlar
Bəzi şarlar çox yüksək hündürlüklərə qalxacaq şəkildə dizayn edilib. Bu günə qədər bu şarlar hava limanları və pilotlar üçün müxtəlif problemlərə səbəb olub (Məsələn uçuş sensorlarının sıradan çıxması).
5.“Müqəddəs Elmo işıqları”
“Müqəddəs Elmo İşıqları” yalnız bəzi şanslı pilotların görə biləcəyi və spesifik olar təyyarələrlə əlaqələndirilən hadisədir. Bu hadisə güclü şimşək fırtınaları nəticəsində atmosferin elektrik sahəsi ilə təyyarənin elektrik sahəsinin toqquşması nəticəsində baş verir. Texniki olaraq bu hadisə, hər hansısa bir əşyaya və hətta insana toxunarkən yarana bilən kiçik “elektroşok”-ların daha böyük və dramatik versiyasıdır. “Müqəddəs Elmo İşıqları” əsasən göy və bənövşəyi rənglərdə ortaya çıxır, həmçinin sakit bir səs dalğası yaradır.
6. Göy qurşağı
Fizika qanunlarına əsasən göy qurşağı günəş şüalarının işıqla toqquşması nəticəsində əmələ gəlir və yalnız müəyyən bucaqdan görünə bilir. Maraqlısı isə odur ki, bir çox sərnişin və pilot göy qurşaqlarının üstündən uçduğunu iddia edir. Lakin elm, bunun mümkün olmadığını deyir.
7. Düzbucaqlı formasında aysberqlər
Şimali Antarktika yarımadasında NASA pilotları düzbucaqlı şəklində aysberqlər olduğunu bildiriblər. Onlar qeyd edir ki, bu aysberqlər elə dəqiq şəkildə formalaşıb ki, elə bil ki onları kimsə məqsədli şəkildə kəsib.
8. Təyyarəyə çox yaxın məsafədə uçan dronlar
Baxmayaraq ki, dronların uçma yüksəkliyi ilə bağlı ciddi qaydalar var, bəzi hallarda onlar çox yüksəyə qalxır və pilotlar təhlükəsizlik məqsədiylə bunları raport etməli olur.
9. Çəhrayı göllər
Çəhrayı göllər bir çox insanın görmək istədiyi mənzələrdən biridir. Bəzi göllər duzluluq çox olduğundan çəhrayı görünür. Bu mənzərəni uçarkən görmək pilotlar və sərnişinlər üçün ən maraqlı və heyranedici mənzərələrdəndir.
10. Geoqliflər
Geoqlif yer səthinə təbii olaraq çəkilmiş fiqur və formalardır (Kvadratlar, halqalar və s.). Bir çox hallarda bu geoqliflər çox böyük ərazini əhatə etdiyindən onları yalnız çox yüksəkdən – təyyarələrdən görmək olur.