İSPANİYADAKI BU QƏSƏBƏYƏ BÖHRAN DA TƏSİR ETMƏYİB
“Avro böhranı” İspaniyaya da təsir edib. İşsizlik, yoxsulluq artıb. Ancaq İspaniyadakı bir qəsəbəyə bütün bunların heç bir təsiri olmayıb.
Türkiyə KİV-ləri yazır ki, hər şeyin yerli demokratiya və icma prinsipləri ilə idarə edildiyi Marinaleda qəsəbəsi “yeni bir utopiya”ya səfərin ünvanıdır.
POLİSİN, CİNAYƏTİN VƏ İŞSİZLİYİN OLMADIĞI QƏSƏBƏ
Polisin, cinayətin və işsizliyin olmadığı, “Sosialist utopiya” olaraq xarakterizə edilən İspan qəsəbəsi ilə tanış olun…
İspaniyanın cənubunda Endülüs qəsəbəsi olan Marinaledada işsizlik yoxdur. Qəsəbə kənd təsərrüfatı kooperativləri sayəsində iqtisadi baxımdan da rifah içində yaşayır.
Marinaleda qəsəbəsində icmanın qurulması 1980-ci ilə gedib çıxır. Madriddə yaşayan bir aristokrata aid torpaqlarda gündəlik olaraq çalışan Marinaledalı əkinçilər “Tarlalarda kim çalışırsa, tarlalar onundur” deyərək onun ictimailəşdirilməsi üçün hərəkətə keçirlər.
1250 hektarlıq tarlaların ictimailəşdirilməsini tələb edən kəndlilərin aclıq tətilləri, nümayişləri, yürüşləri və digər yollarla mübarizəsi illərboyu davam edib.Çünki, gündəlik çalışmaq onlar üçün köləlikdən başqa bir şey deyildi. Aldıqları məvacib dolanışıqlarını təmin etməyə çatmadığı kimi, yaşanılmaz halda olan yerlərdə qalmaq məcburiyyətində idilər.
Qərarlı mübarizənin nəticəsində Endülüs region hökuməti 1991-ci ildə torpaqları aristokrattan alaraq ictimailləşdirir və Marinaleda kəndlilərin qurduğu kooperativə təhvil verilir.
“UTOPİYAYA SƏFƏR” ŞÜARI
Bu gün 2 min 600 əhalisi olan Marinaledadakı evlərin divarlarında çoxlu sayda şüar yer alır. Şüarlardan ən çoxu da “utopiyaya səfər” yazılıb. Bir divarda isə “Sərmayəyə qarşı ictimai döyüş” – sözləri yazılıb. Bələdiyyənin emblemində isə “Sülhə gedən bir utopiya” – yazılır.
BÜTÜN QƏRARLAR XALQIN QATILDIĞI TOPLANTILARDA QƏBUL EDİLİR
Monasterio San Isidoro Santiponce Spain – Polisin, cinayətin və işsizliyin olmadığı kommunist qəsəbəsi
Marinaledada toplantıların keçirilməsi üçün istifadə edilən binaya “Xalqın evi” adı verilib və binanın girişində “Başqa bir dünya mümkündür” sözləri yazılıb. Pensiyaçılar, qadınlar boş zamanlarını bu binada həyata keçirilən mədəni və sosial fəaliyyətlərə sərf edirlər. Özəl mülkiyyətin olmadığı, tarlaların ictimaiyyətə məxsus olduğu Marinaledada bütün qərarlar xalqın qatıldığı toplantılarda qəbul edilir. Yəni, 100 faiz yerli demokratiya işləyir. Nə qədər vergi veriləcəyinə, əldə edilən çox gəlirin necə xərclənəcəyinə də bu yığıncaqlarda qərar verilir.
70 İLLİYİNƏ KİRAYƏYƏ GÖTÜRÜLƏN EVLƏR ÜÇÜN AYLIQ 15 AVRO
Bələdiyyə başçısı Sánchez Gordillo burada yaşayan insanların çox pula ehtiyacı yoxdur deyir. Bir çox yerdə mənzil kreditləri və yüksək kirayə problemləri yaşanarkən Marinaledada mənzil problemi də çoxdan həllini tapıb. 70 illiyinə kirayəyə götürülən evlər üçün aylıq 15 avro ödəyirlər. Qonşu kəndlərdə isə kirayə haqqı təqribən 500 avrodur