PAYLAŞ
Bu qeyri-adi meşə Polşada, Qryfino şəhəri yaxınlığında yerləşir.

Onu adətən “Əyri meşə” yaxud da “Sərxoş meşə” adlandırırlar. Yalnız şimal tərəfə sarı əyilmiş 400 şam ağacı 1930-cu ildə əkilib. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.

Polşa

Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyir, bəziləri də onların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışır.Ən maraqlı versiya isə budur. Deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar,  yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər çatdırmağa mane olub. Meşədə qeyri-adi mühit müşahidə olunur. Burada quşların səsi eşidilmir. Rusiyanın “Kurşskaya Kosa” milli parkında da buna bənzər meşə var.