Ev Turizm Xəbərləri Polşanın turizm şirkətləri Azərbaycana səfərlər təklif edirlər

Polşanın turizm şirkətləri Azərbaycana səfərlər təklif edirlər

Turizm

Polşanın tanieloty.com.pl portalında Azərbaycana turizm səfərləri təklif edilir.

Azərbaycan və Avropanın ən hündür yaşayış məntəqəsinə əla qiymətə səfər” başlıqlı yazıda Polşa vətəndaşlarına çox sərfəli qiymətə səfər təklif olunur. Azərbaycana səfər etmək 1448 zlotıya (637 manat)-dır. Bu qiymətə uçuş və mehmanxana daxildir.

Bildirilir ki, səfər zamanı müasir memarlığın və Şərq mədəniyyətinin maraqlı sintezini özündə əks etdirən Bakı ilə bərabər, polşalılar Avropanın ən hündür yaşayış məntəqəsi olan Xınalıq kəndini də görə bilərlər.