Ev Yerlər Gecə həyatı Portuqaliya – Səyahət üçün ideal məkan

Portuqaliya – Səyahət üçün ideal məkan

Portuqaliya gecələri

Portuqaliya

Avropanın ən qərib diyarına virtual səyahətimiz başlayır . Odur ki, çox fikirləşmədən kəmərləri bağlayın, təyyarəmiz bütün sürətilə uçuşa hazırdır.

Portuqaliya fərqli və qeyri-adidir, Avropa ölkələri arasında bənzəri olmayan ölkədir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Portuqaliyanın sahəsi, 1139-cü ildən bu günə qədər dəyişməyib. Bu isə, Avropada yeganə belə hadisədir. Bundan başqa Portuqaliya 18-ci əsrdə, zəlzələdən sonra dəhşətli dağıntılar altında qalıb. Buna baxmayaraq, ölkə tamamilə yenidən qurulub.

Portuqaliya komandasının Futbol üzrə Avropa çempionatında qələbəsindən sonra turistlərin orijinal, parlaq, ehtiraslı və qonaqpərvər ölkəyə marağı daha da artdı. Çoxunda Köhnə Dünyanın ən qərb regionuna səyahət etmək arzusu baş qaldırdı. Axı ölkənin fantastik çimərlikləri, ləziz mətbəxi və bənzərsiz şərabı hətta ən tələbkar turistlərin istəklərinə cavab verir.

Portuqaliya, Lissabon
Portuqaliya, Lissabon

Portuqaliya əhalisinin 50%-i, ölkənin cəmi iki şəhərində yaşayır. Şəhərlərin adları isə, Lissabon və Portodur. Və bu iki şəhər ən varlı şəhərləri siyahısına daxildir. Bundan başqa, Lissabon dünyanın ən qədim və reytinqli şəhərlərindən biridir. London, Paris və hətta Romadan belə əvvəl yaranmış şəhərdir.

Lisbon Potela aeraportu ildə, təxminən 13 milyon sərnişin qəbul edir. Lakin Portuqaliya hələ kütləvi turizm ölkəsi olmayanda böyük coğrafi kəşflər dövrünün məşhur səyyahlarının vətəni sayılırdı.

Ərazisi

Portuqaliya, Taxo çayı
Portuqaliya, Taxo çayı

Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir.

Çimərlikləri

Portuqaliya çimərlikləri
Portuqaliya çimərlikləri

Turizm ölkəsi olan Portuqaliyanın sevilməsinin əsas səbəbi heyranedici çimərlikləridir. Atlantik okean sahilləri boyunca çoxlu sayda çimərliklər fəaliyyət göstərir və onlardan 298-nin üzərindən Ekologiya Fondunun mavi bayrağı dalğalanır.

Portuqaliya artıq neçə onilliklərdir ki, bütün dünyada sörfinqə həm yenibaşlayanlar, həm də peşəkarlar üçün ideal yer kimi məşhurdur. Ölkənin demək olar ki, bütün qərb sahili: Kaşkayş, Eriseyra, Nazare, Penişe bu idman növü üçün əlverişli yerdir. Eriseyra Avropada yeganə sörfinq qoruğudur. Həmçinin, Sintri və Kaşkayş və Penişe sörfinq üzrə dünya çempionatının mütəmadi olaraq keçirildiyi çimərliklərdir. Ginnesin Rekordlar kitabına düşmək üçün keçirilən sörfinq oyunları isə Nazareda keçirilir.

Qalaları

Portuqaliya inanılmaz sayda orta əsr qalaları olan qəribə ölkədir, onların yüzə yaxını dövrümüzə qədər qalıb. Ancaq bu da hələ hamısı deyil! Əgər Lissabon və Port kimi böyük şəhərlərdə işıqlı hotellərdə qalmaq məsləhətdirsə, əyalətlərdə pouzadalarda qalmaq daha rahatdır.Pouzada qədim daş qalalarda və ya saraylarda düzəldilmiş elitar hotellər deməkdir. Belə yerlərdə servis ən yüksək səviyyədə olur. Əgər sizin də uşaqlıqda qəsrdə yaşamaq kimi maraqlı arzularınız olubsa, fürsəti əldən verməyin.

Pouzada qədim daş qalalarda və ya saraylarda düzəldilmiş elitar hotellər deməkdir. Belə yerlərdə servis ən yüksək səviyyədə olur. Əgər sizin də uşaqlıqda qəsrdə yaşamaq kimi maraqlı arzularınız olubsa, fürsəti əldən verməyin.

Portuqaliyaya getmək üçün daha bir səbəb də azulejudur. Bu, qürur və sənət predmetinə çevrilən bəzək materialının ibarət olan ənənəvi kaşılardır. Azulejuya binaların fasadlarında, interyerlərdə, vağzallarda və metroda rast gəlinir. Lövhələrdə küçələrin adları, evlərin nömrələri yazılır, həmçinin pəncərə və qapı edilir. Azlejunun rəngləri, süjeti və forma rəngarəngliyi sizi heyran edəcək.

Onlardan bəziləri, Lisabonun Milli Muzeyində saxlanılır, siz orada zəlzələdən əvvəl, 1755-ci ilə aid Portuqaliya paytaxtının təsviri olan panno da tapa bilərsiniz.

Pena Sarayı

Pena Sarayı
Pena Sarayı

Pena sarayı heyrətamiz arxitekturası, özəl bağçası sayəsində YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Pena əsrlər boyu kiçik bir monastır kimi istifadə olunub. 1755-ci ildə Böyük Lissabon zəlzələsində xarabalığa çevrilib. 1838-ci ildə Kral 2-nci Ferdinand, köhnə monastırı alıb kral iqamətgahı tikdirməyə qərar verib.

Son Portuqaliya Kraliçası Ameliyanın sürgünə getməzdən əvvəl yaşadığı saray 1910-cu ildə, müstəqilliyin elanı ilə milli abidələr kateqoriyasına salınıb və muzeyə çevrilib. Bu gün isə Pena sarayı hər gün çoxsaylı xarici qonaqları qarşılayır.

Mürəkkəb arxitekturası ilə hamını heyrətə salan saray o qədər də böyük deyil. İki geniş həyəti var. Üslub qarışıqlığı, əyləncəli rəngləri onun quruluşuna bənzərsiz görkəm verib. Atlantik okeanına və geniş meşəyə açılan mənzərəsi də diqqətəlayiqdir.

Quruluşdakı romantizm bağçasında da əks olunub. Belə ki, kral bağda əkilən ağacları uzaq müstəmləkələrdən gətizdirib. Bağda nəhəng Şimali Amerikanın qırmızı ağacları, maqnoliya, Çin ginkgosu, Yapon şamı kimi nadir növləri olan ağaclar, Avstraliya və Yeni Zelandiyadan gələn güllər əkilib. Parkın müxtəlif hissələri yollar və cığırlarla birbaşa saraya bağlanır.

Roka Burnu

Roka burnu
Roka burnu

Təbii ki, bunlardan əlavə sizi Avropa qitəsinin ən qərb nöqtəsi olan, “yerin bitdiyi və dənizin başladığı yer” adlanan Rok burnuna da səyahət gözləyir. Roka burnu Avrasiya materikinin ucqar qərb nöqtəsini təşkil edir. Portuqaliya ərzisində yerləşir. Qədim roma dönəmində burnu Promontorium Magnum, Böyük coğrafi kəşflər zamanı isə Lissabon burnu adlandırırdılar.

Burun Lissabondan 40 km qərbdə yerləşir. Qaya Atlantik okeanında 140 metr yüksəklikdədir. Burunda mayak inşa edilib. Burada suvenir mağazası, restoran fəaliyyət göstərir. Bu isə turistlərin cəlbinə xidmət edir. Portuqaliyalı şair Luis Kаmоens bu burununu belə təsvir edib: “Bura torpağın bitdiyi, dənizin başladığı yerdir”.Roka burnu sizdə heç vaxt hiss etmədiyiniz duyğular oyadacaq. Sonsuz okean və güclü azadlıq hissi… Odur ki, ən məşhur kəşfiyyatçıların və səyyahların portuqaliyalıların olması təəccüblü deyil. Roka burnunun o qədər qərarlı və əzəmətli görüntüsü var ki, okeanın sizi özünə tərəf çəkməsinə qarşı çıxmaqda çətinlik çəkəcəksiniz. Üfüqlər sakit görünür, amma, sahillərdə qayalara çırpılan dalğalar, okeanın gücünü və qəzəbli üzünü göstərir. Dalğalardan küləklə yayılan su hissəcikləri arxadakı sahil qəsəbələri ilə ara sanki dumanlı pərdə yaradır.

San Françesko kilsəsi

San Françesko kilsəsi
San Françesko kilsəsi

Kilsəni heç olmasa taxta interyerinə görə, ziyarət etməyə dəyər. Məbədin demək olar ki, döşəmədən günbəzə qədər bütün divarları rokoko üslubunda və taxta oyma iləpanellərlə döşənib. Taxta mehrab xüsusilə maraqlı görünür. Kilsə indi fəaliyyət göstərmir, muzey kimi işləyir.Müxtəlif mənbələrə görə, kilsənin tikintisini XII-XIII əsrlərdə başlanıb. O XIV-XV əsrdə monastırın tərkibinə daxil olub.

Badəm şərabla dolu..

Portuqaliya şərabı
Portuqaliya şərabı

Səyahət edəcəyiniz ölkənin əlbəttə ən maraqlı və diqqətdə olan hissəsidə onun gecə həyatıdı.Hər bir turistin axtardığı və diqqətini cəlb etdiyi gecə həyatı üçün Portuqaliya yalnış seçim deyil.Seçiminizdə yanılmamısınız.Portuqaliyanın gecə həyatının əsas mənbəyi şübhəsiz ki, Lissabonun Bayru Altdu adlı rayonudur. Günəşin batması ilə, xüsusən istirahət günlərində onun dar küçələri geniş bara və rəqs meydançalarına çevrilir. Burada addımbaşı qızla dolu bara rast gəlirsən, alkoqol isə çay kimi axır, turistlər də portuqaliyalılarla qaynayıb-qarışır, deyib-gülüb əylənirlər.

Ümumiyyətlə, yerli sakinlər şərabı çox sevir. İçki Portuqaliyada o qədər çoxdur ki, portuqal xalqı demək olar ki, ondan hər naharda istifadə edilir. Portuqaliya şərabından söhbət gedirsə, şübhəsiz ki, ilk növbədə ağıla portveyn gəlir. Fadu musiqinin sədaları altında onun dadına baxmamaq günahdır. Yeməkdən sonra portuqallar portveyni zövq və əhval-ruhiyyəni qaldırmaq üçün içir.

Ağ Portuqaliya şərabı isti havalarda bədəni sərinləşdirmək üçün ideal içkidir, o, beyni canlandırır, lakin dumanlandırıb sərxoş etmir. Sadəcə yüngül zövq verir. Bu səbəbdən də ağ şərab Portuqaliyada insanların su və ya meyvə suları kimi istifadə etdiyi kütləvi içki növüdür. Mağazada siz iki, ya üç avroya “Setubala”, “Alenteju” kimi yerli şərablar tapa bilərsiniz.

Ağ şərabın alternativ variantı kimi vinho verde (yaşıl şərab) təklif olunur. Tünd dadları sevənlər qırmızı çaxır üzərində dayana bilər.

Portuqaliyalıların “çiyələk arağı” adlandırdığı likör dadlı və kifayət qədər möhkəm içkidir. Yer gəlmişkən, likör də portuqaliyalıların ən çox sevdiyi içkidir. Onu çiyələk ağacından hazırlayırlar

Qastronomiya

Ölkə Atlantik okeanının sahilində yerləşdiyi üçün dəniz məhsulları və balıqla boldur. Bu isə o deməkdir ki, ən ləzzətli treska-bakalyau yeməyini, kaldo verdo şorbası, qızardılmış sardinyanı siz yalnız Portuqaliyada dada bilərsiniz. Yuxarıda sadalanan xörəklərlə yanaşı, mütləq karapau balığın da yoxlayın. Yerli restoranlarda balığı adətən qrildə hazırlayır, onlardan ədviyyatların dadlı və iştahaçıcı iyi gəlir.

Ümumiyyətlə, Portuqaliya mətbəxi heç kimin laqeyd qala bilmədiyi həm də qastromoniya məntəqəsi kimi tanınır. Məsələn, çoxları fransız və italyan pendirinin dünyada çox məşhur olduğunu bilir, amma çox az adam bilir ki, Portuqaliya pendiri adlarınızı çəkdiyimiz iki ölkənin pendirindən heç də geri qalmır. Dequstasiyaya keyju freska adlı pendirdən başlayın. O, çox təmiz, yüngül və dadlı inək südündən hazırlanan pendirdən başlayın.

Portuqaliyanın zeytun yağı da xüsusi diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, o, dünyanın ən yaxşı bitki yağlarından biri sayılır. Səyahətdən geri qayıdanda ev üçün bir butulka Portuqaliya zeytun yağı alsanız, təəssüflənməyəcəksiniz.

Portuqaliyada yüzlərlə növ desert və şirniyyatlar hazırlanır. Bu, dadlı və təzə bulka, sloyka, kökələr, kremli, qozlu və badamlı biskvit, marsipan və şəkərlənmiş meyvələr ola bilər. Lakin ilk növbədə sonyuş (tərcümədə – “xəyal” və “yuxular”) adlı şirniyyatın dadına baxmağa çalışın. Şirniyyat sevənlər onu yüksək qiymətləndirəcək.

Və Portuqaliya haqqında qısa məlumatdan sonra əsas və maraqlı faktlar haqqında məlumatlar yəqin ki ,sizlərdə bir daha Portuqaliya ilə bağlı müsbət təəssüratlar yaradacaq .

Maraqlı faktlar

Portuqaliya – Avropanın ən qərb israhət ölkəsidir.

Bu ölkənin dili – 9 ölkənin rəsmi dilidir.

“Portuqaliya” sözü ilk dəfə 868-ci ildə qeydə alınıb. Maraqlısı budur ki, ölkə, Portuqaliyaya öz adını verdiyi Porto şəhərinin ətrafında yaradılıb.

Maraqlı tarixi fakt: 1761-ci ildə, köləliyin ləğvi lehinə ilk dünyada müstəmləkə hakimiyyəti – Portuqaliyadır. Qanunun icrası isə, İspaniya, Fransa, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarından gəlmələr gələnə qədər cəmi 50 il icra edilib.

Avropanın ən uzun körpüsü Portuqaliyada yerləşir. Onun uzunluğu 185 metrdir.

1290-ci ildə yaradılmış Coimbra Universiteti, Avropanın ən qədim universitetlərindən biridir.

Dünyanı ilk dəfə tam olaraq dövr edən Ferdinand Magellan portuqaliyalıdır.

Dünyanın qədim kitabxanalarından biri də, Lissabondadır. Portuqaliyanın Milli Kitabxanası 1732-ci ildə açılıb