Mart ayının 15-də “Prime Consulting” şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə üçüncü Prime Travel Market tədbiri baş tutub. Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.
Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunub. Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Çexiya, Sloveniya, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurublar. Eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.
“Prime Travel Market“in təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edib.
Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri vardır.
Üçüncü “Prime Travel Market” sərgisinin tərəfdaşları “Glion İnstitute of Higher Education” və “Türk hava yolları” şirkətləri olub.
Tədbir zamanı qonaqlar üçün 10-yə yaxın dəyərli hədiyyələr uduşa düşüb.
“Prime Travel Market” ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır.
Növbəti dəfə “Prime Travel Market” tədbirinin 2019- -cu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.