PAYLAŞ
Turizm

Qətər və Livandan olan media nümayəndələrinin Azərbaycana səfərləri çərçivəsində Dövlət Turizm Agentliyində görüş keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə media nümayəndələri Azərbaycanın turizm imkanları, viza və hava yolları, yeni turizm brendi, Bakı və regionlarda mövcud olan infrastruktur və təklif olunan xidmətlər, qeyd olunan ölkələrdən Azərbaycana turist axını və digər bu kimi suallar barəsində ətraflı məlumatlandırılıblar.

Qonaqlara Azərbaycanın turizm imkanlarını nümayiş etdirən məlumatverici materiallar paylanılıb.

Qeyd edək ki, son 5 ildə Qətərdən ölkəmizə gələn turistlərin sayında 40 faiz artım olub. Livandan gələn turistlərin sayında isə 2,3 dəfədən çox artım müşahidə olunub.