Ev Turizm Xəbərləri Qabaqcıl ölkələr hansı sahə üçün işçi axtarır?

Qabaqcıl ölkələr hansı sahə üçün işçi axtarır?

Ölkələr

Yaponiyada özəl araşdırma şirkəti tərəfindən həyata keçirilən sorğu nəticəsində məlum olub ki, keçən il rekord sayda şirkət işçi çatışmazlığına görə iflas edib.

Yaponiyada fəaliyyət göstərən “Shoko Research” adlı şirkətin həyata keçirdiyi araşdırma Yaponiyadakı işçi gücü probleminin yaratdığı son durumu ortaya qoyub. 426 firma çalışdıracaq işçi tapa bilmədiyi üçün 2019-cu ildə iflas edib. Bu rəqəm bundan əvvəlki illər müqayisədə 10 faiz artıb. Bu ilki rəqəmin sözügedən sahədə məlumatların toplanmağa başladığı 2013-cü ildən bu yana qeydə alınan ən yüksək rəqəm olduğu qeyd edilib.

Yerləri doldurula bilmir

Milli.Az musavat.com-a istinadən bildirir ki, araşdırmaya mövzu olan şirkətlərin 270-i və ya yüzdə 60-dan artığında üst səviyyə təmsilçiləri təqaüdə çıxandan sonra yerinə keçəcək birini tapa bilmədikləri üçün qapılarını bağladıqları üzə çıxıb. Təxminən 80 şirkət isə işçi tapmaq üçün elan və reklam yoluna müraciət etsə də, lazımi nəticə əldə edə bilməyib. 40-dan artıq şirkət isə təqaüdə çıxan və ya iş yerini dəyişdirən işçilərin yerinə çalışacaq heç kimi tapa bilməyib. 30-dan artıq şirkət də artan işsizliklə mübarizə apara bilməyib.

Yaponiyada aşağı doğum faizi və orta yaş həddinin uzun olmasına görə gənc insanların sayı da gedərək azalır. Buna müvafiq olaraq iş gücü krizi getdikcə böyüyür. İnşaat və xidmət sektorları durumu ən pis halda olan iş sahələri sayılıb. İşçi sayına görə iflasa uğrayan sektorların yarısı da onlardan ibarətdir.

Yaşlılar yaşlıdır, gənclərinsə sayı azdır

BBC-in xəbərinə görə, Yaponiyada getdikcə yaşlanan əhali əmək bazarında böyük bir boşluğun yaranmasına səbəb olub. Hazırda xarici işçilərə tətbiq edilən maneələri aradan qaldırmaq istiqamətində addımlar atılır. Paytaxt Tokio da daxil olmaqla 10 il əvvəl Yaponiyada xaricilərə rast gəlmək olmazdı. Lakin artıq bu vəziyyətin dəyişdiyini görürük. Yaponiya sürətlə beynəlxalq mərkəzə çevrilir. Bunda demoqrafik dəyişikliyin təsiri də böyükdür. Yaponiyanın əhalisi sürətlə yaşlanır və azalır. Bundan başqa xarici turizm inkişaf edir.

2020-ci ildə Tokio Yay Olimpiadasına hazırlıqlar da sürətlə davam edir. Beləliklə də ölkənin əmək bazarında yaranmış boşluğu doldurmaq üçün işçiyə ehtiyac var.

əmək miqrantları ile ilgili görsel sonucu

Yaponiya on illərdir əhali azalması probleminin fərqindədir. Ancaq hökumət bu istiqamətdə köklü addımlar atmaqdan çəkinir.

Baş nazir Shinzo Abe ölkəyə az maaşlı xarici işçi axınını artırmaq istəyir. Lakin 2025-ci ilə qədər yüz minlərlə mavi yaxalı işçi almağı nəzərdə tutan təklif, ənənəvi olaraq, miqrasiyaya müsbət yanaşmayan ölkədə mübahisəyə səbəb olub. Təklif dekabr ayında parlamentdə qəbul edilib. Beləliklə, aprel ayından başlayaraq növbəti 5 il ərzində 300 min xarici işçi işə qəbul olacaq. Bu, gələcəkdə ölkədə böyük dəyişikliklərə səbəb olacaq addım kimi qəbul edilir. Əmək miqranlarının sayının aşağı olmasının səbəbi yaponların adalar ölkəsi kimi mühacirliyə müsbət baxmamasıdır. 1800-cü illərin ortalarına qədər ölkəyə giriş-çıxışlar ölümlə cəzalandırıla bilərdi. İndi isə Yaponiya özünü güclü bir mədəni şəxsiyyətə sahib hegemon bir ölkə olaraq görür. Mühacirlərə qarşı olmağın arxasında iş itirmək, mədəni həyatın pozulması və cinayət nisbətinin artması kimi qayğılar dayanır. Lakin ən böyük narahatlıq qaynağı ölkədə yaponların azalmasıdır.

Onlar nə qədər qazanır – bu puldan kim imtina edər?

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin rəsmi məlumatına görə, ölkədə 2018-ci ildə minimum əmək haqqı saatda 848 yen (təqribən 6,4 avro) təşkil edib. Prefekturadan asılı olaraq bu rəqəm saatda 737-958 yen (təqribən 5,6-7,2 avro) arasında dəyişir. Yaponiyada orta illik əmək haqqı təqribən 3 milyon 857 min 628 yen (təqribən 29 min 155 avro) və ya ayda 321 min 469 yen (2 min 430 avro) təşkil edir.

Yaponiya iqtisadiyyatının əcnəbilər üçün ən çox iş yeri təklif edən sahələri isə avtomobilqayırma, informasiya texnologiyaları, elektronika, tikinti, təhsil, qida sənayesi, maliyyə və bank işidir.

Bir çoxları çətinlik çəkmədən ingilis dili müəllimi ixtisası üzrə iş tapa bilərlər. Qızlar isə modelçilik biznesində və ya televiziyada da işləyə bilərlər. Avropa görünüşlü rəqqaslara və müğənnilərə də böyük ehtiyac var.

Yapon və beynəlxalq kadr agentliklərinin məlumatına görə, bu gün Yaponiyada ən çox tələbat duyulan peşələrin siyahısına bu ixtisaslar daxildir – həkim, incəsənət xadimi, mühəndis, avtomobilqayırma sahəsi üzrə mütəxəssis, satış üzrə menecer, model, xidmət sahələri üzrə işçilər, tərcüməçi, proqramçı, ali məktəb müəllimi, tikinti mütəxəssisi, alim, ingilis dili müəllimi, maliyyəçi və bank işçisi.

Bu ölkələrin işçilərə daha çox ehtiyacı var

İş imkanları və yüksək əmək haqqı perspektivlərinə sahib olan ölkələrə hər il çoxlu beyin axını gedir.

Son illərdə ən çox beyin axını olan və iş standartlarının yüksək olduğu 1o ölkəni təqdim edirik:

1) Norveç

Avropanın şimalında yerləşən inkişaf etmiş ölkələrindən biri olan Norveçdə sosial hüquqlarla bərabər yüksək əmək haqları ilə də iş tapa bilərsiniz. Ancaq, Norveçdə iş tapmağın ən önəmli kriteriyası hər hansı bir sahədə mütəxəssis olmaqdır.

2) Kanada

Çox mədəniyyətli quruluşu ilə Kanada fərqli ölkələrdən gələnlərə iş imkanları qapısını açan ölkələrdən biridir. Kanadanı cazibə mərkəzi edən inkişaf etmiş standartları və sosial hüquqların çoxluğudur.

3) ABŞ

Ədalətli işləmə şərtləri ilə bərabər işsizliyin aşağı həddi və saat hesabı işləyə bilmək kimi üstünlükləri ilə ABŞ yaxşı bir alternativdir.

4) Avstraliya

Həyat standartlarının yuxarı səviyyədə olduğu Avstraliya güclü iqtisadiyyatı ilə də diqqət çəkən bir ölkədir. Həmçinin, işsizliyin ən az olduğu ölkələrdən biridir.

5) İsveçrə

İnkişaf etmiş iqtisadiyyatı olan ölkə deyilən zaman ağıla gələn ilk ölkələrdən biri də İsveçrədir. Burada işdən çıxarılma son dərəcə aşağıdır.

6) İngiltərə

İşsizliyin az olduğu ölkədə fərqli mədəniyyətlərdən gələn insanlar rahatlıqla iş tapa bilirlər.

7) Çin

Dünyanın ən çox əhalisinə sahib olan Çində işini bilən mütəxəssislərə ehtiyac duyulur. İş və sosial haqların zəngin olduğu ölkədə iqtisadiyyat hər il güclənməkdə davam edir.

8) Almaniya

Avropanın güclü iqtisadiyyatlarından birinə sahib olan Almaniya xarici işçiyə ehtiyac məsələsində çoxlu iş yerləri olan ölkələrdən biridir. İş və sosial standartların qənaətbəxş olduğu ölkədə təhsil səviyyəsi də yüksəkdir.

9) İrlandiya

Dünyadakı önəmli texnologiya şirkətlərinin fəaliyyət göstərdiyi bir ölkədir. Gəlir baxımından da Avropadakı ən yaxşı ölkələrdən biridir.

10) Qətər

İnşaat, mühəndislik və tibb sahələrində iş yerləri olan Qətərdə əmək haqqı və sosial haqların yüksək olduğu bir iş tapmaq çox da çətin deyil.

Əmək miqranları hara gedirlər?

Hələ də inkişaf etmiş Qərbə üstünlük verilir: Şimali Amerika və Avropa dünyanın bütün əcnəbi işçilərinin yarısını paylaşır.

Burada xarici iş adamlarına biznes mühiti, maliyyə və elmi baza cəlbedicidir.

İşçiləri yüksək maaşlar, iş və karyera imkanları buralara gətirir.

Yerli işəgötürənlər isə istedad axtarışındadırlar və bunun üçün pul sərf edə bilərlər. Məsələn, İngiltərə Mərkəzi Bankına (British Central Bank) rəhbərliyi kanadalı Mark Carney edir, Berlin Dövlət Baletinin (Staatsballett Berlin) balet truppasına isə daha əvvəl Rusiyada Mixailovski teatrında fəaliyyət göstərən ispaniyalı Nacho Duato.

İnkişaf etmiş zəngin ölkələr bütün əmək miqrasiyasının 68 faizini təşkil edir. Bu, qismən buraların kasıb ölkələrin işçiləri üçün cəlbedici olmasına, qismən isə blokun 28 ölkəsi arasında yarım milyard insanın hərəkət etdiyi Avropa Birliyində sərhədlərin açılmasına görə əmək bazarının tədricən liberallaşmasına görədir. İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.

Niyə qərbə üstünlük verilir?

Hələ də inkişaf etmiş Qərbə üstünlük verilir: Şimali Amerika və Avropa dünyanın bütün əcnəbi işçilərinin yarısını paylaşır. Burada xarici iş adamlarına biznes mühiti, maliyyə və elmi baza cəlbedicidir. İşçiləri yüksək maaşlar, iş və karyera imkanları buralara gətirir.

Yerli işəgötürənlər isə istedad axtarışındadırlar və bunun üçün pul sərf edə bilərlər.

Məsələn, İngiltərə Mərkəzi Bankına (British Central Bank) rəhbərliyi kanadalı Mark Carney edir, Berlin Dövlət Baletinin (Staatsballett Berlin) balet truppasına isə daha əvvəl Rusiyada Mixailovski teatrında fəaliyyət göstərən ispaniyalı Nacho Duato.

İnkişaf etmiş zəngin ölkələr bütün əmək miqrasiyasının 68 faizini təşkil edir. Bu, qismən buraların kasıb ölkələrin işçiləri üçün cəlbedici olmasına, qismən isə blokun 28 ölkəsi arasında yarım milyard insanın hərəkət etdiyi Avropa Birliyində sərhədlərin açılmasına görə əmək bazarının tədricən liberallaşmasına görədir. İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.

əmək miqrantları ile ilgili görsel sonucu

Dünyada dörddə bir milyarddan çox miqrant var, onlardan yalnız 7 faizi qaçqındır.

Miqrantların demək olar ki, 60 faizi əmək miqrantlarıdır, yəni xaricə iş tapmaq dalınca gələn və ya artıq işləyən insanlar. Əvvəlki sorğudan bu yana dörd il ərzində dünyada əmək miqrantlarının sayı təxminən 10 faiz artıb.

Dünya əmək təşkilatı niyə xəbərdarlıq edir?

Miqrant işçilərin 90 faizi 25-64 yaş arası insanlardır. “Bu, bəzi ölkələrin işləyən əhalinin ən məhsuldar hissəsini itirməsi deməkdir və bu hal onların iqtisadiyyatlarına mənfi təsir göstərə bilər”, – Dünya Əmək Təşkilatı xəbərdarlıq edir.

Digər tərəfdən, miqrantlar qazandıqları pulu tez-tez vətənlərinə göndərirlər. Bununla da onlar kasıb ölkələrə sosial yardıma görə kəskin pul çatışmazlığının və qida, yanacaq və digər kritik idxal mallarının alınması üçün valyuta azlığınnın öhdəsindən gəlməyə yardım edirlər.

Miqrantları qəbul edən ölkələr üçün tərəzinin bir gözündə işləyən, səmərəli, ağıllı və qabiliyyətli miqrantlardan gələn fayda, digər gözündə isə əcnəbilərə görə yerli əhali və hakimiyyət arasında narazılığın tədricən artması var.

Bundan, əsasən, inkişaf etmiş ölkələrdəki yerli əhali narahat olur. Statistikaya ötəri nəzər bunun niyə baş verdiyini izah edir.

Yüksək gəlirli ölkələrdə miqrantlar işçi qüvvəsinin 18,5 faizini təşkil edir, digər qruplarda isə onların payı 1,4 faizdən – 2,2 faizə qədərdir.

Eyni zamanda, miqrantların iş əldə etmə ehtimalı daha yüksəkdir: gələnlərin 70 faizdən çoxu iqtisadi cəhətdən fəaldır. Yerli əhali arasında isə bu rəqəm 60 faizdən aşağıdır.