Ev Ölkələr Gürcüstan QAFQAZIN CƏNNƏTİ – Gürcüstan

QAFQAZIN CƏNNƏTİ – Gürcüstan

QAFQAZIN CƏNNƏTİ – Gürcüstan

 

GƏZİLƏCƏK GÜRCÜSTAN

Gürcüstan Paytaxtı Tbilisi şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Hazırda ölkənin ərazisi 69.700 km², əhalisi isə rəsmi rəqəmlərə görə təxminən 3.7 milyon nəfərdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu. 1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etmişdir.

Fars dilindən türk dilinə keçən gürcü sözünün mənşəyi haqqında 2 fərqli yanaşma mövcuddur. Bunlardan birincisi qədim yunan və latın mənşəli, “təsərrüfatla əlaqəsi olan” mənasında işlənən “georgicus” sözündən əmələ gəldiyinə dair teoremdir. Bir başqa yanaşma isə qədim Fars dövlətində gücülərin “Gurcan” və ya “Gurc” olaraq adlandırıldığı və “gürcü”, “georgian” kimi adların bu sözdən yaranmış olmasıdır.

GÜRCÜSTANIN TƏBİƏTİ

Bol yağış alan Kolxida ovalığında astropikal bitki örtüyü görülür və burada bambu, okaliptüs, palma kimi ağacların da yetişməsinə uyğun şərait var. Qara Dənizə yaxın bölgələrdə 1000-1200 metrəyə qədər gürgən və 2000 metrəyə qədər şam ağaclarından yaranan meşələr hakimdir: daha yüksəklərdə isə otlaqlar yerləşir.

Meşələrin yüksək yerlərində və dağlarda dağ keçisi, karaca, çöl donuzu, ayı, vaşaq, tülkü və qurd kimi heyvanlar, çaylarında bol miqdarda balıq yaşayır.

Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neft və daş kömürdür. Gürcüstanın əsas neft yataqları Kolxida düzənliyində və Kaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir. Neft yataqları 350-1500 metr dərinliklərdə yerləşir. Daş kömür ehtiyatları əsasən qərbi Gürcüstanda yerləşir. Onun ehtiyatları bir neçə yüz milyon tondur. Dəmir filizi ehtiyatı 150 milyon ton, marqans yataqları ehtiyatı 50 milyon ton həcmində dəyərləndirilir.