PAYLAŞ
qara qutu

Hər dəfə avia-qəza baş verdikdə, şübhəsiz ki, qara qutular haqqında eşidirik. Bu qurğular təyyarələrlə bağlı zəruri informasiyalar özündə saxlayır və qəzaların səbəbin araşdırılmasında ən önəmli rolu oynayır. 1950-ci illərdən etibarən, bu texnologiya aviasiya sənayesinə çox kömək edib. Bəs sizin bu qurğular haqqında başqa məlumatınız var? Yoxdursa, aşağıda qeyd olunmuş faktlar köməyinizə çatacaq:

  1. “Qara qutu” əslində qara rəngdə deyil. Əslində bu qutular, “beynəlxalq narıncı” adlanan çox əlvan bir rənglə boyanır.
  2. Aviasiya sənayesində çalışan şəxslər bu cihazı qara qutu adlandırmır. Onun terminoloji adı uçuş məlumat yazarıdır (Flight Data Recorder).
  3. Qara qutu iki hissədən ibarətdir: uçuş məlumatları yazılan hissəpilot kabinəsindəki danışıqları qeyd edən hissə.
  4. Araşdırmalara və bugünə qədər analiz edilmiş qara qutulara nəzər saldıqda, qəzaların böyük hissəsinin mexaniki səhvlər deyil də, pilotların və təyyarənin baxımı ilə məşğul olan insanların səhvlərindən qaynaqlandığını görərik.
  5. Bütün təyyarələrdə qara qutularının mövcud olmasını zəruriyyətə çevirən ilk ölkə Avstraliyadır.
  6. Bu cihazlardakı məlumatı yalnız xüsusi təyinatlı insanlardan ibarət komitə analiz edib oxuya bilər.
  7. Bu qurğular uçuş haqqında informasiyaları 25 saat müddətinə yaza bildiyi halda, danışıqların yalnız 2 saatını qeyd edəcək həcmdədir.
  8. Yüksək texnologiyalı izləmə komponenti sayəsində, qara qutuların yeri okeanın dərinliklərində belə aşkar oluna bilir.
  9. Qara qutular təyyarələrin quyruq tərəfində yerləşir, çünki bu hissə qəza zamanı ən az zərər görən hissələrdən hesab olunur.
  10. Qara qutular dayanıqlıdır, amma məhvedilməz deyil. Bugünə qədər onlarla qara qutunun məlumatı alınan zərbələrə görə hələ da analiz edilə bilməyib.