PAYLAŞ
turizm

Azərbaycanda turizm sahəsi inkişaf edir və biz bu təcrübəni öyrənməliyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Parlament Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin turizm cəmiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Spiker qeyd edib ki, bu gün Qazaxıstan turizm sahəsində mövcud olan ən yaxşı dünya təcrübəsini öyrənməlidir. Bir çox ölkələr öz sərvətlərinin əhəmiyyətli hissəsini turizmdən əldə etdikləri gəlirlər hesabına qurmuşlar. Buna misal olaraq təkcə ABŞ, İspaniya, Fransa, İtaliya, Çin kimi turizm bazarının liderlərini deyil, həm də qonşularımız – Azərbaycan və Özbəkistanı qeyd etmək olar. Bu ölkələrdə dövlət tərəfindən qəbul edilmiş qanunvericilik, təşkilati, iqtisadi və digər tədbirlər nəticəsində turizm milli iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir.


Qazaxıstanın turizmin inkişafı üçün böyük potensialı olduğunu deyən Nurlan Niqmatulin hesab edir ki, bu sahənin inkişafı üçün yeni proqram işlənilməlidir.