PAYLAŞ
Qazaxıstan

Qazaxıstanın “Atameken BusinessTV” televiziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb.

Axar.az xəbər verir ki, “Sultanlar qürbətdə” adlı verlişdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışılıb. Mehriban dostluq münasibətlərindən bəhs olunub.

Azərbaycan və Qazaxıstan dostluq münasibətlərinin, ortaq dəyərlərinin qeyd edildiyi verilişdə Azərbaycan mətbəxindən söz açılır. Ölkədə kiçik və orta sahibkarlığa dəstəkdən, turizmin inkişafından ətraflı danışılır.

Videosüjetdə qeyd olunur ki, müsəlman şərqində ilk sosialst ölkəsi və Qafqazada iri ölkə olan Azərbaycanı Qazaxıstanla oxşar geostrateji mövqe, nəqliyyat dəhlizi coğrafiyası və zəhgin təbii ressurslar birləşdirir. İqtisadi əməkdaşlıq viza rejiminin olmaması, bir sözlə qardaşlıq münasibətləri birləşdirir.

Verlişdə Şəhidlər xiyabanı, Bakının mərkəzi küçələri və görməli yerlər nümayiş olunur.

Həmçinin, videomaterialda Bakı axşamlarının əsrarəngiz gözəlliyi, qədim sənaye və mədəniyyət mərkəzi sayılan Bakının Asiya və Avropa ilə qovşağında yerləşdiyi və dünyanın ən gözəl şəhərlərindən biri olduğu vurğulanır. Azərbaycan paytaxtının dünya miqyaslı hadisələrin mərkəzinə çevrildiyi, məhz burda UNESKO-nun irs siyahısına daxil olan memarlıq obyektləri və xəzərin ən iri limanının olduğu qeyd edilir.