Qazaxıstan hökuməti ölkəyə gələn xarici vətəndaşlardan “bed tax” (mehmanxana yığımı) sistemi üzrə vergi tutmağı planlaşdırır. Bu verginin tətbiqi ölkədə 2019-2025-ci illər üzrə turizmin inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçiriləcək. Mədəniyyət və idman naziri Arıstanbek Muhamedioğlu proqramı hökumətə təqdim edərkən bildirib ki, rəhbərlik etdiyi nazirlik turizmin inkişaf etdirilməsi məqsədilə əsas bazarlarda aparılan marketinqin və ölkəyə turistlərin cəlb edilməsinin keyfiyyətini Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri təcrübəsi əsasında yaxşılaşdırmağı təklif edib: “Bu addımın atılmasında dövlət büdcəsinin üzərinə düşən yükün yüngülləşdirilməsi üçün ölkəyə turist kimi gəlmiş xarici vətəndaşlardan burada qaldıqları hər gecə üçün 2-4 dollar həcmində vəsait tutulacaq. Dövlət proqramı qəbul edildikdən sonra bu qayda Qazaxıstan Respublikasının bütün ərazisində qüvvəyə minəcək”.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Şifrəni unutmusan? kömək almaq
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.