Aprelin 15-də Almatıdakı “Kazjol” otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək.
Trend-in məlumatına görə, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və “Milli şirkət “Kazakh Tourism” Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir.
Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır.
Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal “B2B” formatında danışıqları nəzərdə tutulub.