Şahdağ

Qusarın rayon mərkəzindən 29 km aralıda yerləşən “Şahdağ” turizm mərkəzi 9-cu qış mövsümünə hazırlaşır. 2012-ci ildən fəaliyyət göstərən bu məşhur dağ-xizək istirahət mərkəzində mövsümə ciddi hazırlıq işləri görülür.

Hazırlıq barədə mərkəzin marketinq direktoru Rauf Cahangirov İstiPress-in şimal bürosuna açıqlama verib. Məlumata görə, “Şahdağ” turizm mərkəzində qış mövsümü ərzində turistlərə 17 dağ xizək yolu xidmət göstərəcək. Onlardan 2 ədəd ən çətin sürüşmə zolağı olan qara rəngli sürüşmə zolağı, 3 ədəd çətinlik dərəcəsinə görə nisbətən asan olan qırmızı rəngli sürüşmə zolağı, 3 ədəd mavi və 5 ədəd yaşıl rəngli asan sürüşmə zolağı turistlərə təqdim olunacaq.

Azərbaycanın məşhur dağ istirahət mərkəzində xizək mövsümü rəsmi olaraq dekabrın 15-də açılacaq. Hazırda kanat yollarının texniki baxışı və sazlanma işləri görülür. Xizək yolları düzəldilir, turistlərin istifadə etdiyi ümumi məkanlarda təmir və bərpa işləri aparılır.

Şahdağ” turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov onu da məlumat verdi ki, istirahət mərkəzində ilboyu fəaliyyət göstərən 2 hoteldən başqa “Marriot Autograph Collection” şəbəkəsinə daxil olan 2 ədəd 5 ulduzlu hotel də dekabrın 15-dək açılacaq.

Amma mərkəz rəsmisi qiymətlərin tam tənzimlənmədiyini deyib. Onun sözlərinə görə, qiymətlərin bazara və müştərilərin fikirlərinə uyğun şəkildə rəqabərli formada hazırlanması istiqamətində işlər aparılır.

Rauf Cahangirov bildirib ki, bu qış mövsümündə də bura gələn yerli və xarici turistlərə kanat yolları bir neçə formada -oturacaqlı, budel, xalça və qondola ilə təqdim olunacaq. Bu da”Şahdağ“ın çox çeşidli xizək strukturu olan, Avropa səviyyəli bir turizm nöqtəsi kimi tanınması deməkdir.

Mərkəz təmsilçisinin sözlərinə görə, burada xüsusi avadanlıqların sayəsində meyllərdə bütün mövsüm ərzində qarın lazımi səviyyəsi saxlanılır. Qış mövsümündə turistlər avtoxizəkdə gəzinti, atla gəzinti, tubinq, kanat yolu, uşaqlar isə qış parkından istifadə edə biləcəklər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin