Varlanmaq üçün ideal ölkələr
Az sərmayə ilə iş qurmağı kim istəməz? Yeni qurmaq istəyənlər üçün bu sual həmişə düşündürücüdür.
Gezmeli.Az Publika.Az-a istinadən, BAV Konsaltinq şirkəti tərəfindən hazırlanan ən az sərmayə ilə yaxşı iş qura biləcəyiniz ölkələrin siyahısını təqdim edir.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/china-touroperators-beaut-xlarge-1.jpg)
Çində yeni iş qurmaq 30 gün çəkə bilər. Çin hökuməti işinizi böyütməyiniz üçün sizə 5 illik biznes plan təqdim edir.
Kanadada iş qurmaq üçün sizə 2 gün lazımdır. İki ildə isə işinizi möhkəmləndirəcəyinizə 75 faiz zəmanət verilir.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/550588.jpg)
İşinizi Filippində qurmaq istəsəniz 29 gün vaxt lazımdır.
Malayziyada isə 4 günə artıq iş adamı ola bilərsiniz. Sənədlərin qeydiyyatı isə onlayn həyata keçirilir.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/Aerial_View_of_Singapore_0.jpg)
Tailandda isə 28 günə iş qura bilərsiniz. Bunun üçün lazım olan sərmayə adambaşına düşən gəlirin 6.4 faizinə bərabərdir.