Azərbaycan Respublikası Nazirlər Kabineti “Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.
Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib
1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;
2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;
3) turizm və rekreasiya zonası – 25842,0 hektar;
4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;
5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası – 22,0 hektar.