PAYLAŞ
BuzzFeed

Azərbaycan öz zəngin təbii sərvətləri – bir çox xəstəliklər üçün məlhəm rolunu oynayan mineral suları və müalicəvi palçığı ilə regionun sağlamlıq mərkəzi kimi tanınır.

Bu fikirlər Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin “BuzzFeed”ə müsahibəsində yer alıb.

Milyonlarla oxucu kütləsinə malik qlobal media platforması olan “BuzzFeed”də Azərbaycana 7 günlük səyahət çərçivəsində sağlamlıq və müalicə turizmi, istirahət imkanları barədə məqalə paylaşılıb. Nyu-Yorkun qlobal media orqanının paylaşdığı məqalədə Azərbaycanın özəlliklərindən söhbət açılıb. Müxtəlif özəlliyini qoruyub saxlayan maraqlı təcrübələr təklif edən, Xəzər dənizinin sahilində yerləşən kiçik dağlıq ölkə Azərbaycana 7 günlük səyahətdə sağlamlıq, müalicə, təbiət və istirahət turizmini necə birləşdirə biləcəyimizdən də danışılır.

Asiya və Avropanın kəsişməsində Rusiya və Türkiyə arasında yerləşən Azərbaycan qədim ticarət marşrutu olan İpək Yolunun əsas mərkəzlərindən olub. 7 günlük səyahətdə sağlamlığını düşünən səyahətçilərə görə yenilənmək üçün tövsiyələr təqdim olunur.

Hər günün özünəməxsus bənzərsizliyindən bəhs edilən müsahibədə vurğulanır. “Azərbaycanda həqiqətən kəşf ediləsi kifayət qədər çox yerlər var. Burada siz özünüzə istirahət və gözəl məkanları ziyarətlə dolu bir həftə hədiyyə edmək olar. Romantik və Qafqaza xas duyğularla müasir rahatlıqdan zövq alaraq digər dövrlərin xəyalını qura bilərsiniz”.

Müsahibə ilə daha ətraflı bu linkdən:

https://www.buzzfeed.com/mbirger/how-to-combine-health-tourism-and-nature-on-a-7-da-2pkbys39yx tanış olmaq olar.