PAYLAŞ

Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqənin təməlini qoymaq əsas məsələlərdən biridir. Gələcəkdəki fəaliyyətlərdə region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılıb.

Prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının (AHA) nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

AHA-nın nümayəndələri fevralın 20-də Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda, fevralın 21-də Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay da, fevralın 23-də Gəncə, Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərdə, habelə fevralın 24-də isə Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə assosiasiyanın əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Hotel nümayəndələrinin fikirləri dinlənilib. Qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb.

Səfərlər çərçivəsində bölgələrin turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən bir sıra təşkilatlar olub. QubaŞəki üzrə Destinasiya Menecmenti təşkilatlarının da təqdimatı olub.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.