Ev Yerlər Alışveriş yerləri Romada alış-veriş etmək istəyənlərə.

Romada alış-veriş etmək istəyənlərə.

Romanın ən məşhur 5 bazarı.

Romada alış-veriş. Yad bir yerə getdiyimiz zaman gəziləcək maraqli və gözəl yerlərin başında bazarlar gəlir. Bəli muzeylər, abidələr,  tikililərdə gəziləcək yerlər arasındadır amma bazarları  gəzmək də ayrı bir zövqdür. Beləliklə həm yerli xalqın gündəlik yaşam tərzini elə yerindəcə görmək,  həm də hədiyyə üçün almaq istədiyiniz əşyaları mağazadan daha ucuz qiymətə tapmaq olar.

Əgər yaxın zamanlarda Romaya səyahət etməyi planlaşdırırsınızsa Romada  alış-verış səyahətiniz zamanı etməli olduğunuz şeylər  siyahısında olmalıdır. Romanın demək olar k,i bütün küçələrinin özünə məxsus bazarı vardır. Buda Romada yerləşən ən məşhur 5 bazar:

Roma bazarları

1.Campo dei Fiori Market

  Campo dei Fiori deyildiyində ağla ilk olaraq meydandakı canli gecə həyatı gəlsədə bura bazarıylada məşhurdur. Romanın olduqca mərkəzi bir hissəsində yerləşən yaradıldığı zamanlarda ilk olaraq at tacirləri tərəfindən istifadə edilib Rönesans boyunca şəhərin ticarət mərkəzi  olsa da zamanla bu istifadəsini dəyişdirib daha çox təzə qida bazarı olaraq istifadə olunmağa başlamışdır.

Romada alış-veriş üçün Campo dei Fiori Marketə getdiyiniz zaman çeşidli otlar, quru meyvələr, meyvə və tərəvəz tapa bilərsiniz. Bu bazardan alacağınız hər şeydən razı qalacaqsınız.

Romanın ən böyük açıq bazarından meyvə , tərəvəz və balıq almadan getməyin. Bazar günləri istisna olmaqla hər gün təzə meyvə, tərəvəz, ət, toyuq, balıq müştərilərin qarşısına çıxarılır. Ayrica bura gəldiyiniz zaman ləzzətli bir günorta yeməyinədə zaman ayıra bilərsiniz.

Meydanın ortasında 1600-cü ildə yandırılan filozof Giordano Burunonun heykəli yerləşir. Səhərlər Romada alış-veriş üçün qurulan bazarlar axşamlar kafe, restoran və barlar ilə canlandırılır.

Campo dei Fiori yerləşdiyi məntəqə səbəbi ilə turistlər tərəfindən daha çox ziyarət edilir kimi görünsədə əslində yerli vətəndaşlar tərəfindən üstünlük verilən bazardır.

  • Adres: Piazza Campo de Fiori 00186 Roma İtaliya
  • Ziyarət saatları: Bazar ertəsi- Cümə axşamı səhər saatlarından -14:00 a kimi açıqdır.

Porta  Portese

Porta Portese Romanın ən böyük bit bazarıdır. Bu bazar Portuensidən Porta Porteseyə qədər uzanır. Bazarda mindən  çox satıcı vardır. Burada köhnə CD lərdən tutmuş maskalar kostyumlar ev əşyaları çiçək növlərinə qədər tapmaq mümkündür.

Məşhur Porta Portesenin qapısı altında qurulan bu Roma bazarı bir çox Roma filimlərinin çəkilməsindədə istifadə olunmuşdur. Hətta sırf buna görə bazara gələn turistlərində sayıda az deyildir.

  • Adres: Viadi Porta Portese 00153 Roma İtaliya
  • Ziyarət saatları: Bazar günləri 08:00-14:00 a kimi ziyarət ede bilərsiniz.

Borghetto Flaminio

Borghetto Flaminio Romanın ən zövqlü bazarıdır. Köhnə bir avtobus qarajında olan bu bazara Flaminio Piazza del Popolo metro stansiyasından piyada gələ bilərsiniz.

Bura yeni evlilərin isdəmədikləri əşyaları gətirdikləri və ya bəzəkli qadınların artıq geyimlərini satmaq üçün gətirdikləri bazardır. Bu bazar antik və modern kolleksiya baxımından zəngindir.

  • Adres : Via Flaminia 32 00196 Roma İtaliya
  • Ziyarət saatları: Bazar günü 10:00-19:00 a qədər açıqdır.

Anticaglie a Ponte Milcio

Bazar dediyimiz zaman ağla sadəcə meyvə tərəvəz balıq gəlmir. Romada bir çox antik bazarlarda vardır.  Anticaglie a Ponte Milvio  da bunlardan biridir.  Piazzale Ponte Milvioya təxmini 3 km məsafədə yerləşən bu Roma bazarı şəhərin ən görkəmli körpülərindən birinin yanında yerləşir.

Əgər kolleksiya yığmaq kimi bir hobbiniz varsa Anticaglie a Ponte Milvio sizin üçün ən doğru məkandır.

  • Adres: Piazzale Ponte Milvio Roma İtaliya
  • Ziyarət saatları: ayın ilk və ikinci bazar günləri 09:00-20:00 a kimi açıqdır.

Via Mamiani

Via Mamiani Romanın ən böyük təzə ət və balıq bazarıdır. Bazarda əsasən  təzə ət və balıq satılsada geyim və ev əşyaları tapmaqda mümkündür. Bazar turistlərdən çox yerli xalqın diqqət göstərdiyi və ehtiyyaclarını təmin etdiyi bir yerdir.

  • Adres: Via Mamiani Roma İtaliya
  • Ziyarət saatları: Bazar ertəsi və Cümə axşamı səhər saatları açıqdır.
Roma səyahətiniz boyunca Romanın zəngin və məşhur bazarlarını ziyarət etməyi unutmayın……