turizm

Çində koronavirus dəhşəti yaşanması bu ölkənin iqtisadiyyatına ciddi zərər vurur. Turizm sektoru da böyük ziyan görür.

Bizimyol.info xəbər verir ki, Çin turizmində əsas yerlərdən birini tutan ruslar səyahət planlarını dəyişməyə başlayıb. Xeyli təyyarə biletləri ləğv olunub. Ruslar başqa ölkələri seçmək qərarına gəlib.

Ən çox seçilənlərin arasında Türkiyə fərqlənir. Rus turistlər Çin səyahətinin həvəslə qonşu ölkəyə səfər planına dəyişir. Bundan başqa, İtaliyaya üz tutanların sayı da çoxdur.

Rus turistlər Asiyadan tam imtina etməyib. Çünki sonrakı yerlərdə Tailand, Vyetnam və Birləşmiş Ərəb Əmirlikləri gəlir. Bir də Kubaya diqqət var.

Rusiyada hökumət yanvarın 25-də turizm agentliklərinə koronavirusla bağlı xəbərdarlıq etmişdi. Onlara Çin səfərlərini təşkil etməmək tövsiyə olunmuşdu. İstənilən halda rus turiatlər də bu ölkəyə getməyə həvəsli deyil. Rusiyada koronavirusun bura sıçramaq ehtimalından çox narahatdırlar.

Koronavirus Türkiyə turizminə zərərsiz ötüşməyib. Unudulmamalıdır ki, keçən il təkcə Kapadokya bölgəsinə 275 min çinli gəlmişdi.