Rusiya rəhbərliyi Fransa, Macarıstan, Malta, Cənubi Kipr, İordaniya, Misir (yalnız Qahirə) və Çinə (yalnız Şanxay) uçuşları bərpa etməsini müzakirə edir.
Gezmeli.az Report-a istinadən xəbər verir ki, bununla əlaqədar yekun qərar avqustun 25-də veriləcək.
Qeyd olunub ki, Fransa, Macarıstan və Maltaya uçuşlar üçün müəyyən şərtlər var. Bu uçuşlar yalnız yaşayış, iş icazəsi və tibbi müəssisəyə müraciət edənlər üçün təşkil edilə bilər.