Ev Turizm Xəbərləri İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan – Mamırlı şəlalə

İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan – Mamırlı şəlalə

Mamırlı şəlaləsi

Hər il minlərlə xarici turistin üz tutduğu şəlaləyə məlum səbəblərdən bu il əsasən yerli əhali gəlir.

Qax rayounun Ləkit kəndi yayda bu bölgəyə gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Burada qonaqları özünə cəlb edən isə dağların ətəyində, sıx meşəlikdə yerləşən Mamırlı şəlalədir. Təbiət incisinə bu adın verilməsinə səbəb suyun axdığı hissələrin yaşıl mamırla örtülməsidir. Bu mamırlar qayaları elə örtüb ki, sanki oraya yaşıl xalça sərilib. Ərazidə ağaclar da sıx bitdiyindən demək olar ki, gün işığı düşmür və bura daim sərin olur.

Qax rayounun Ləkit kəndində Mamırlı şəlalə

Əvvəlki vaxtlarda 15 metr hündürlükdən tökülən bu şəlaləni görmək üçün hər yay 10 minlərlə turist gəlirdi. Həmin vaxt buraya gələnlər arasında xarici qonaqlar da çox olurdu. Bu il isə onlara rast gəlinmir. Buna səbəb də təbii ki, pandemiyaya görə sərhədlərin bağlı olmasıdır. Bu il paytaxt Bakıdan gələn qonaqlar da azdır. Şəlalənin mənzərəsini seyr etmək üçün buraya üz tutanlar əsasən karantin tətbiq edilməyən rayonların sakinləri və yerli əhalidir. Qax rayon sakini Rahim Kərimli deyir ki, Mamırlı şəlalə yaşadığı rayonda yerləşdiyi üçün hər yay buraya dincəlməyə gəlir:

“Son 3-4 ildir ki, hər il buraya gəlirəm. Yaşıllıqdır, sərindir. Keçən il 2 dəfə gəlmişdim. Bu il isə ilk dəfədir gəlirəm. Yəqin ki, yayın sonuna kimi yenə gələcəyəm. Dostlarımla gəlib 3-4 saat gəzib qayıdırıq”.

Elgün Mustafazadə isə Qax rayonundan olmasına baxmayaraq ilk dəfədir ki, Mamırlı şəlaləyə gəldiyini söyləyir: