PAYLAŞ
aviareys

Rusiya hökuməti pandemiya səbəbindən Yunanıstanla dayandırılan uçuşların bərpa olunma ehtimalını nəzərdən keçirir.

Gezmeli.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “TEZ TOUR Greece” turizm agentliyinin direktoru Dimitris Haritidisin Moskva – Afina marşrutu üzrə uçuşların 1 oktyabrdan etibarən başlaya biləcəyini bildirib.

Uçuşların həftədə iki dəfə- birinin Rusiya, digərinin isə Yunanıstan aviaşirkəti tərəfindən, paritet əsasında həyata keçiriləcəyi güman edilir.

Bununla yanaşı Yunanıstanın “Mouzenidis Travel” tur operatorunun baş direktoru Aleksandr Tsantekidi də hava nəqliyyatının bərpası ilə bağlı məsələnin yaxın günlərdə həll olunacağını bildirib. “Rusiya rəsmi olaraq Yunanıstan tərəfinə belə bir təkliflə müraciət edib. Və bəlkə də məsələ yaxın günlərdə həll ediləcək”.

Xatırladaq ki, 20 sentyabrda Rusiyanın Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə uçuşları bərpa etdiyi elan olunmuşdu.