PAYLAŞ
moskva

Siyahıda Sankt-Peterburq, Sergiyev Posad, Solovetski adaları, Kijski PogostValaam adaları da var. Müsəlmanlar arasında Kazan və Ufa şəhərləri ən populyar şəhərlərə çevrilib

BAKI, 1 noyabr — Sputnik. Moskva Rusiyanın “Qızıl üzük” şəhərləri ilə bir yerdə ən populyar dini turizm şəhərləri siyahısına daxil olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının xalq diplomatiyası, humanitar əməkdaşlığın inkişafı və ənənəvi dəyərlərin qorunması üzrə komissiyasının sədri Yelena Sutormina deyib.

Siyahıda Sankt-Peterburq, Sergiyev Posad, Solovetski adaları, Kijski Pogost və Valaam adaları da var. Müsəlmanlar arasında Kazan və Ufa şəhərləri ən populyar şəhərlərə çevrilib. Sutormina xarici və rus turistlərin sayının keçən ilə nisbətən 10-15% artdığını da qeyd edib.

Xatırladaq ki, “Qızıl üzük” birliyinə şimali-şərqi Rusiyanın unikal tarixi və mədəni abidələrini qoruyan qədim şəhərləri daxildir. Bura Sergiyev Posad, Pereslavl-Zalesski, Böyük Rostov, Kostroma, İvanovo, Suzdal və Vladimir daxildir.