Rusiyalı turistlərin seçimi
Bakı istiqamətində satılan biletlərin payı iki dəfə artıb.
Rusiyalı turistlər üçün ən populyar istiqamət avqust ayında da Antalya olacaq.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/turist3.jpg)
Söhbət zamanı “Tutu.ru” turizm servisinin ekspertləri bildiriblər.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/turism_turizm_271015.jpg)
İkinci və üçüncü pillələrdə Tel-Əviv və İstanbuldur. Dördüncü yerdə Moskva-Seul marşrutudur. İlk beşliyin sonuncu pilləsində Nyu-York qərarlaşıb.
Xarici ölkələr sistemi
Yaxın xarici ölkələr seqmentində ilk beşlikdə Kişnyov, Tbilisi, Bakı, Bişkek və Batumi yer alır. Uçuşun ortalama qiyməti 2016-cı ilin avqust ayında olan göstəricilərdən 10 faiz ucuzdur. Bakı istiqamətində satılan biletlərin payı iki dəfə artıb.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/1489318822_baku-panorama-1.jpg)
İyunda rusiyalı turistlər üçün populyar istiqamətlərin Burqas (Bolqarıstan), Antalya (Türkiyə), Soçi, Simferopol və Larnaka (Kipr) olduğu barədə məlumat yayılmışdı.