Ev Gəzməli yerlər Gəzəyənlər Rusiyanın Rivierası-Gelencik

Rusiyanın Rivierası-Gelencik

Gelencik

Krasnodar vilayətində yerləşən Gelencik kurortu haqqında bir sıra maraqlı faktlarla sizi tanış edək:

Gelencik
  • Gelencik diyarının dəniz səviyyəsindən ən hündür olan Markotx dağının maksimal hündürlüyü 763 metrdir, Ploskaya dağı da Gelencik ərazisində yerləşir. İkinci ən yüksək dağı isə Gebeus dağı və ya Gebius (735.6 m) zirvəsi sayılır,  ArxipoOsipovka regionunda yerləşir.
  • Gelencik buxtasının konfiqurasiyası uzunluğu 4 km,eni 3 km təşkil edən ovaldan ibarətdir.
  • Körfəzin ən böyük dərinliyi 10 metrdir.
  • Gelencik ətrafındakı böyük tikintilər təxminən bizim əsrdən IV – II min il əvvəl ortaya çıxdı.Söhbət böyük monolit plitələrdən tikilmiştikililərdən gedir.
  • Gelencik şəhərinin ilk fotolarını çəkən və bunula böyük şöhrət qazanan ilk fotoqraf İvan İolieviç Yunak olmuşdur.
  • 20-ci əsrin əvvəllərində Gelencik və Novorossiysk arasında sərnişin daşımaları iki buxar gəmisi ilə həyata keçirilmişdir. Onların adları “Otvajnıy” və “Knyaz Obolenskiy” olmuşdur.