Ruslar Azərbaycana daha çox üstünlük verir
Rusiya vətəndaşlarının Azərbaycana səfəri ötən il ilə nisbətdə altı faiz artıb. Bununla bağlı “TurStat” analitik agentliyi məlumat yayıb.
“TurStat” 2018-ci ilin I rübündə Rusiya vətəndaşlarının turist qismində səfər etdiyi ölkələrin reytinqini tərtib edib.
Bu dövr ərzində Rusiyadan Azərbaycana gələnlərin sayı 147 min olub ki, bu da ötən il ilə müqayisədə 6 faiz çoxdur. Azərbaycan bu reytinqlə 15-ci yerdə qərarlaşıb.
Siyahıda ötən illə müqayisədə ən çox artım Qətər, BƏƏ və Türkiyəyə səfərlərdə qeydə alınıb.
Türkiyə bu siyahıda 11-ci, Gürcüstan isə 14-cü olub.
Bu ilin birinci rübündə ümumilikdə Rusiyadan turist qismində 7,5 milyon insan başqa ölkələrə gedib. Bu, ötən illə müqayisədə 12 faiz çoxdur.