Ev Turizm Xəbərləri Səfir Adel İbrahim: Misirdə turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur

Səfir Adel İbrahim: Misirdə turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur

Misir

Bakı-Şarm-əş-Şeyx birbaşa reysinin açılmasından sonra Azərbaycandan Misirə turist axını artıb. Hazırda Azərbaycandan olan turistlər bütün il ərzində Misir günəşi altında istirahət edə biləcəklər. Bu, ölkələrimiz arasındakı turizm əlaqələrinin möhkəmləndirilməsində böyük rol oynayır.

Bu fikirləri Misirin Azərbaycandakı səfiri Adel İbrahim sentyabrın 23-də iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair mətbuat konfransında deyib. Səfir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Diplomat Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən turistlərin istəyini nəzərə alaraq ölkəsinin azərbaycanlı turistləri hər mövsümdə qəbul etməyə hazır olduğunu qeyd edib.

Bu reys üzrə azərbaycanlı müştərilərə xidmət göstərən turoperatorun nümayəndəsi Rəvan Qulamlı deyib ki, gələn yaydan etibarən Bakı-Şarm-əş-Şeyx marşrutu ilə uçuşların həftədə 2-3 dəfə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda bu istiqamətdə uçuşlar həftədə 1 dəfə həyata keçirilir.