PAYLAŞ
Bavitlunq Vanlalvavna və İlham Əliyev

Azərbaycan və Hindistan biznes nümayəndələri arasında işgüzar görüş olub. 

Tədbiri Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna açaraq bildirib ki, bu görüş biznes mühiti üçün çox gözəl imkandır. 

Diplomat xatırladıb ki, bu gün Bakıda Azərbaycanla Hindistan arasında biznes forum keçirilib: “Azərbaycan iqtisadiyyatı şaxələnir. Bu gün Hindistan iqtisadiyyatı da sürətlə inkişaf edir. Hindistanın iqtisadi göstəriciləri çox sağlamdır, investisiya üçün sevilən məkana çevrilir”. 

Hindistanla Azərbaycan arasında tarixi ənənələrə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Ticarətin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan bazarında Hindistanın əczaçılıq, mühəndislik, çay, düyü kimi məhsullarına geniş imkanlar var”, – deyə o vurğulayıb.

V.Bavitlunq qeyd edib ki, ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib: “Bununla yanaşı, Bakı ilə Dehli reysinin açılması turizm əlaqələrinin inkişafına töhfə verəcək. Sentyabrda Hindistanın Sənaye Konfederasiyasından böyük nümayəndə heyəti Azərbaycana gələcək”.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycanla Hindistan arasında kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk”.