Ev Gəzməli yerlər Gəzəyənlər Sərhədsiz əyləncə, maksimum həzz YALNIZ BURADA – FOTO

Sərhədsiz əyləncə, maksimum həzz YALNIZ BURADA – FOTO

Meksika

Meksikada hava həmişə istidir. Bu da deməyə əsas verir ki, ölkəyə ilin istənilən vaxtında təşrif buyuraraq istirahət etmək mümkündür. Buraya giriş icazəsi məsələsində heç bir problem yaranmır, çünki ABŞ vizası çox rahat verilir. ABŞ vizası maksimum 3, minimum bir neçə saata hazır olur. Bu amil şübhə yeri qoymayacaq ki, Meksika istirahət üçün sadəcə ideal yerdir.

Qədim piramidaları görmək

Maya və asteklərin qədim sivilizasiyalarından qalan abidələr bu günədək öz əzəmətini itirməyib. Heyranedici və sirli abidələri görmək üçün Meksikaya dünyanın hər yerindən minlərlə turist axışır. Minilliklər əvvəl hindular tərəfindən ucaldılmış piramidalar heç kimi laqeyd qoya bilməz. Xüsusilə Teotiukan və Ketçapkoatlyaya ekspedisiya etməyi mütləq məsləhət görürük. Ehramın ən uca zirvəsindən Günəşi izləməyin öz ləzzəti var.

Yukatana mağarası və senotlar

Piramidalardan sonra mağaralar bütün dünyada arxeoloqların və səyyahların diqqətini cəlb edən ikinci yerdir. Yukatana mağarası mayalarda müqəddəs sayılırdı: Yerli sakinlər güman edirdilər ki, bu mağara maya allahları üçün Meksikaya hədiyyə göndərilib. Lakin alimlərin fərziyyələrinə görə, Yukatana meteoritin yerlə toqquşması nəticəsində yaranıb. Bu, ərazinin böyük hissəsini bitki örtüyündən məhrum edib və dinozavrların məhvinə gətirib çıxarıb. Yukatana adı yerli əhalinin dilində “Biz sizi başa düşmürük” anlamında işlədilir. Bu kəlməni eşidən ilk Konkistadorlar verdikləri “Biz haradayıq, bu torpağın adı nədir?” sualına cavab olaraq eşidiblər.

Senot isə təmiz, şəffaf su ilə dolu olan təbii tuneldir. Onlar əhəngli torpaqların nəticəsində yaranır.

Dağ çayı üzrə sallarda üzmək

Nədənsə çoxları Meksikanı kaktus, səhra və çimərliklər ölkəsi kimi tanıyır. Əslində Meksika təbiəti rəngarəngdir. Ölkənin şimalında böyük dağ və kanyonlar yerləşir. Dağlar və yaşıllıqlardan sonra cənubda böyük kaktusların bitdiyi səhralar başlayır. Qərb hissədə qumlu çimərliklər göz oxşayır. Ölkənin ən cənub hissəsində insan ayağı dəyməyən cəngəlliklər, şəlalələr var. Meksikada kifayət qədər meşə, göl, çay və vulkanlara da rast gəlmək mümkündür. Macəra həvəskarları üçün divarların hündürlüyü 1000 metrə çatan dağ çaylarına xüsusi ekskursiyalar təşkil olunur.

Dünyanın ən böyük paytaxtı

Mexiko dünyanın ən bpyük paytaxt şəhərlərindən biridir. Şəhərin əhalisi 20 milyondan çoxdur. Mexiko Tenoçtitlana şəhərinin dağıntılarından sonra tikilib. Qədim şəhər qalıqları metro tikintisi zamanı üzə çıxıb.

Əsl Meksika mətbəxini dadmaq

Meksikalılar yalnız mədəniyyəti və abidələri ilə deyil, eyni zamanda mətbəxi ilə sözün əsl mənasında öyünə bilər. Çünki meksikalılar yeməyə çox əhəmiyyət verir. Hər il noyabr ayının ilk istirahət gününü “Ölülər günü” kimi qeyd edir, vəfat etmiş yaxınlarının qəbrinə yemək və içki aparırlar. Ümumiyyətlə, Meksika mətbəxi dünyada ən geniş yayılmış və ən köhnə mətbəxlərdən biridir. Milli Meksika xörəklərinin 8-9 min illik tarixi var.

Qarğıdalı, paxla, şokolad, müxtəlif acı bibərlər, balqabaq və qarğıdalı unundan hazırlanan tortilla meksikalıların əsas menyusunu təşkil edir. Yeri gəlmişkən, tortilla Meksika mətbəxinin simvolu sayılır. Maya əfsanəsinə görə, ilk tortilla bir kəndli tərəfindən ac kralın qarnını doyuzdurmaq üçün hazırlanıb. Adı ispanca “yumru tort” mənasını verir. Çörək yerinə hər yeməkdə yeyilir. Tortillalar yalnız çörək kimi deyil, eyni zamanda üstü müxtəlif ərzaqlarla bəzədilərək pizza olaraq da istifadə olunur.

Tortilla qatlanmış, içi dəyişik ərzaqlarla doldurularaq da yeyilir. Beləcə tortilla içliyinin müxtəlifliyindən asılı olaraq yeni-yeni adlar qazanır. Məsələn, tamale, flauto, buritto ya da quesadilla.

Amerikanın kəşfindən sonra İspanların gətirdiyi ispan və Ərəb mətbəxi Meksikanın yerli mətbəxi ilə birləşib. Nəticədə çox zəngin bir mətbəx ortaya çıxıb. Sözsüz ki, bu amil kəskin ədviyyat həvəskarlarının zövqüncə olacaq.


İçkiləri

Meksikalıların ən əhəmiyyətli içkiləri kakao, tekila və pivədir. Bu səbəb spirtli içki həvəskarlarının xoşuna gələcək. Yerli təbiət də bunun üçün münbit şərait yaradıb. Məsələ ondadır ki, Meksikada tekilanı ölkəni zəbt edən saysız-hesabsız kaktus bitkisindən hazırlayırlar. Meksikalılar onlardan daha nələr etmir ki… Kaktus tikanlarından kəndir, kağız, boyaq maddələr və s. istehsal olunur. Hətta ən dadlı kaktus salatını da ancaq Meksikada yemək mümkündür. Bundan başqa, kaktusları bişirir və marine edirlər. Yeri gəlmişkən, qızardılmış kaktus qızardılmış göbələyi xatırladır.

Karnaval əhval-ruhiyyəsi

Meksikalılar çox istiqanlı və şən insanlardır. Onlar cürbəcür əyləncələri sevir, ona görə də dini və ABŞ-dan alınma bayramları öz milli bayramları kimi yüksək səviyyədə qeyd edirlər. Bayram tədbirlərinə tez-tez tipik meksika musiqisini ifa edən köçəri xalq orkestrləri dəvət olunur.

Möhtəşəm karnaval festivalı isə Böyük Orucluğun gəlişi münasibəti ilə fevral ayında keçirilir və bu zaman ölkədə həyat əsl bayrama çevrilir. Müxtəlif rəqs və mahnı yarışları keçirilir. Bu parlaq və təsirli mənzərələr insanı müsbət emosiyalarla doldurur və yaddaşlara uzun müddət yazılır.

Dünyanın ən yaxşı çimərliklərinin birində dincəlmək

Karib hövzəsinin əksər çimərlikləri riflərlə qorunur, Sakit Okean sahili isə əsasən sörfinq üçün münasibdir. Kankun, Mastlan, Uatulko, Akapulko, Kosumel, Puerrto-Valyarta, Playya-de Karmen kimi kurort mərkəzləri təkcə Latın Amerikasında deyil, həm də bütün dünyada ən yaxşılar sırasındadır. Təmiz və sakit dəniz, ağ və narın qum, həmişə əla hava və başqa bu kimi amillər ən tələbkar turistləri belə, razı salacaq. Lakin turistlərə Kankun şəhərində deyil, az şöhrət qazanan Tulumaya getməyi məsləhət görürük. Çünki burada daha çox həzz alacaq və gözəl xidmətlə, bol qızla qarşılaşacaqsınız.

Yerli SPA-salonlarda rahatlamaq

Meksikada təbii müalicə üsullarına daha çox üstünlük verilir. Məsələn, sağlamlıq məqsədilə yerli məhsullarla yanaşı, həm də hindu ayinlərindən uğurla istifadə olunur. Yeri gəlmişkən, bu ayinlər qəribəliyi ilə seçilir. Bal ilə pəhriz və temaskal hindu hamamı çox məşhurdur. Maya qəbiləsində həm bədənin, həm də ruhun müalicə üsulları geniş idi. Onların bilikləri indiyə qədər böyük əhəmiyyətə malikdir və həqiqətən əvəzsizdir. Bütün bunları mütləq sınaqdan keçirmək lazımdır.

Salsa rəqsi öyrənmək

Salsa sadəcə musiqi və rəqs deyil, o meksikalılar üçün həyat eşqidir. Öyrənməyə vaxtınız və imkanınız olmasa belə, yerli sakinlərin alovlu rəqsini sadəcə izləmək insana böyük zövq verir. Meksikalılar oxumağı və rəqs etməyi çox sevir və deyəsən, bunu istisnasız olaraq hamısı bacarır. Bizə isə qlobalizmin bu ənənəni pozmayacağı barədə ümid etmək qalır.