PAYLAŞ
Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistanı KrallığıBirləşmiş Ərəb Əmirliklərinin bütün vacıb sahələrdə inteqrasiya olunması məqsədilə yeddi birgə komitə fəaliyyətə başlayır.

AZƏRTAC SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Ər-Riyadda keçirilmiş Səudiyyə ƏrəbistanıBƏƏ-nin Koordinasiya Şurasının İcraçı komitəsinin sonuncu iclasında 7 komitə yaradılıb. İki qardaş ölkənin çiçəklənməsi və təhlükəsizliyinə çatmaq məqsədilə inkişaf və iqtisadiyyat sahəsində strateji təşəbbüslərin və inkişaf layihələr hazırlanacaq. Həyata keçirilməsi üzərində işləniləcək.

Maliyyə və sərmayə, energetika, ətraf mühit, turizm və informasiya, insan inkişafı, siyası və təhlükəsizlik məsələləri üzrə bu yeddi komitə fəaliyyət göstərəcək. İkitərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin həllinə çalışılacaq. Müxtəlif sahələrdə maneələrin aradan qaldırılması və ümumi məqsədlərə çatmağ üçün tədbirlər görüləcək.