PAYLAŞ

Ən maraqlı ölkə – Transilvaniya

“SİRLƏRLƏ DOLU SƏYAHƏT – DRAKULANIN VƏTƏNİ, VAMPİRLƏR DİYARI TRANSİLVANİYA”

Lonely Planet” bələdçi nəşri “Best in Travel” bölməsində planetin ən görməli yerinin hara olması ilə bağlı sorğu keçirib. Səyahət üçün ən maraqlı yer Drakulanın məskəni sayılan Rumıniyanın Transilvaniya bölgəsi seçilib.

Transilvaniyanın paytaxtı Braşov şəhəridir. Yazıçı Abraham Stokerin “Drakula” əsərini oxuyan yəqin ki, Transilvaniya haqqında bilir. Əfsanəyə görə, bura vəhşi, təhlükəli və qaniçən vampirlərlə dolu olan bir yerdir.

Transilvaniya

Transilvaniya dəhşət filmlərini sevənlər üçün əsl tapıntı olacaq. Deyilənə görə, burada əsl vampir yaşayır. O, gündüzlər cansız bədən olur, gecələr isə küçələrə çıxır, insanların qanını içir. Məhz elə bu əfsanə də Transilvaniyanı dünyanın ən çox maraq doğuran yerlərindən birinə çevirib. İndi Transilvaniyada bu vampirləri özünə qəhrəman seçən adamlar da var. Onlar gecələr günahsız insanları öldürürlər. Transilvaniyalılar həmişə inanıblar ki, ruh insan ölmədən də bədəndən çıxıb, quş kimi uça, səyahət edə bilər.

Transilvaniya

Nəşrin məlumatına görə, Transilvaniya gələn il səyahətçilərin daha çox ziyarət edəcəyi əsas məkanlardan biri olacaq. Həmçinin Yeni Zelandiyanın Vayheke adası, İslandiyanın şimalında yerləşən buzlaqlar, Havay adaları da siyahının ilk onluğunda yer alıb.